Abşeron rayonunun seçiciləri işıqlı gələcəyə aparan liderə-cənab İlham Əliyevə səs verəcək
24.09.2013 [10:44]
Rayonun Məhəmmədli və Digah kəndlərində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyası bütün regionlarda davam etməkdədir. YAP Abşeron rayon təşkilatının seçki qərargahının tədbirlər planına əsasən növbəti görüş Məhəmmədli və Digah kəndlərində keçirilib.
Görüşü giriş nitqi ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev prezident seçkilərinin vacibliyini qeyd edərək bildirib ki, ölkənin bütün regionlarında prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası həyata keçirilir: “Keçirilən görüşlərin yüksək əhval-ruhiyyə çərçivəsində keçməsi bizi çox sevindirir. YAP Abşeron rayon təşkilatının keçirdiyi görüşlərdə müşahidə olunan yüksək aktivlik, bayram əhval-ruhiyyəsi bir daha onu göstərir ki, xalq İlham Əliyevlədir və yalnız Onu dəstəkləyir”.
Çıxış edən millət vəkili Eldar İbrahimov Azərbaycanda gedən sürətli inkişafdan və bu inkişafın müəllifi Prezident İlham Əliyevə olan xalq dəstəyindən danışıb: “Bu inkişafın əsas səbəbkarı Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev Azərbaycanı firavan gələcəyə doğru aparan liderdir. Gəlin inkişafa, gələcəyimizə - İlham Əliyevə səs verək”.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır. Cənab İlham Əliyevin dövlət başçısı kimi 10 illik fəaliyyəti dövründə ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Yeni yollar salınıb, körpülər tikilib, təhsil, səhiyyə, idman mərkəzləri inşa edilərək istifadəyə verilib. E.İbrahimov seçiciləri bu yeniliklərin banisinə - Prezident İlham Əliyevə səs vermyə çağırıb.
Tədbirdə çıxış edən millət vəkili İmamverdi İsmayılov bildirib ki, xalqımız birmənalı şəkildə Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevi dəstəkləyir: “1990-cı illərin əvvəllərində dövlət idarəçiliyi sükanının arxasında əyləşmiş bir sıra “siyasətçilər” dövləti dünya birliyindən izolyasiya edərək uçurumun kənarına atmışdılar. Həmin dövrdə ölkədə dərin xaos yaranmışdı. Azərbaycan vətəndaş müharibəsi və dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin anda müdrik xalqımız düzgün qərar verərək Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Ulu öndər hakimiyyətə gəldikdən sonra ölkədə sosial-iqtisadi və siyasi-hüquqi sabitlik tam bərpa olundu, dövlətçiliyimizə xələl gətirə biləcək təhlükələr aradan qaldırıldı. Bu gün isə Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev inkişaf edən Azərbaycanı yeni-yeni uğurlara daşıyır. Prezident İlham Əliyev xalqımızın və dövlətimizin gələcəyinin təminatçısıdır. Mən sizi 9 oktyabr tarixində Prezident İlham Əliyevə səs verməyə çağırıram”.
Çıxış edən kənd sakinləri bu gün ölkəmizdə yürüdülən siyasi kursu dəstəklədiklərini bildiriblər. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha yüksək nailiyyətlərə imza atacaq.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

