Laçınlılar ölkədəki sabitliyin təminatına və davamlılığına səs verəcəklər
29.09.2013 [10:39]
Yeni Azərbaycan Partiyasının prezident seçkilərində namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Biləcəri qəsəbəsində məskunlaşan laçınlılarla görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkilərində namizədi cənab İlham Əliyevin seçki qərargahı seçicilərlə görüşlərini davam etdirir. Növbəti belə görüş Binəqədi rayonunun Biləcəri qəsəbəsində məskunlaşan Laçın rayonundan məcburi köçkünlərlə keçirilib.
Tədbiri giriş sözü ilə YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli açaraq deyib ki, İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrildi: “Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi liderlərindən biridir. Ulu öndərin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı sonrakı illərdə cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilmişdir. 2003-cü ildən başlayaraq məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşdırılıb. Son illər məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması üçün Dövlət Proqramı və digər sənədlər qəbul olunub. Azərbaycan xalqı öz Prezidenti ilə fəxr edir. Və inanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə prezidenti seçiləcəkdir”.
Görüşdə çıxış edən millət vəkili Nazim Fərəcov bildirib ki, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb: “Nəticə isə çox qürurvericidir. İndi ölkəmizdə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Məhz cənab İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, böyük dövlətlər Azərbaycanı nəinki region, hətta dünya üçün əvəzedilməz tərəfdaş hesab edirlər. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərabər, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə zonalarında sülhün və sabitliyin əldə edilməsindəki fəaliyyətinə görə də, Azərbaycan dövləti seçilibdir”.
Pənah Quluyev, Şakir Əhmədov və başqaları isə çıxışlarında deyiblər ki, məhz cənab İlham Əliyevə səs verməliyik ki, bundan sonra da ölkəmizin qüdrəti davamlı olaraq artsın, insanlarımız xoş, təhlükəsiz həyat sürsün.
OKTAY
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32

