Milli qurtuluşdan Tarixi Zəfərə: Heydər Əliyev ideyalarının təntənəsi
06.10.2025 [13:30]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Müstəqilliyin ilk illərində Azərbaycan xalqı çox mürəkkəb, taleyüklü bir dövrdə yaşayırdı. Dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün milli həmrəylik və düzgün siyasi strategiya tələb olunurdu. Lakin 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos, idarəetmədə səriştəsizlik, müxtəlif siyasi qrupların toqquşması və separatçı meyillərin artması nəticəsində ictimai-siyasi sabitlik tamamilə pozulmuşdu.
Dövlət strukturları fəaliyyət qabiliyyətini itirmiş, iqtisadiyyat çökmüş, vətəndaşlar arasında ümidsizlik hökm sürürdü. Hakimiyyətin qeyri-peşəkar qərarları nəticəsində vətəndaş müharibəsi təhlükəsi reallığa çevrilmişdi. Azərbaycanın ərazisinin 20 faizi düşmən tərəfindən işğal edilmiş, minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüşdü. Xocalı faciəsi həmin dövrün siyasi hakimiyyətinin məsuliyyətsizliyi və səriştəsizliyinin ən ağır nəticələrindən biri idi. AXC–Müsavat iqtidarının yanlış qərarları dövlətçiliyin dayaqlarını sarsıtmış, xalqın gələcəyə inamını zəiflətdi. Belə ağır və taleyüklü şəraitdə xalqın yeganə ümidi Ulu Öndər Heydər Əliyev idi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. Bu amillər həm də xalqın taleyinin dəyişdiyi bir dönüş nöqtəsi oldu. 3 oktyabr 1993-cü ildə keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Heydər Əliyev andiçmə mərasimində ölkəni sabitlik, təhlükəsizlik və tərəqqi yoluna çıxarmağa söz verdi. Bu vəd onun siyasi iradəsinin və xalqına sədaqətinin təcəssümünə çevrildi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk növbədə ictimai-siyasi sabitlik bərpa olundu. Qeyri-qanuni silahlı dəstələr tərk-silah edildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Dövlət qurumları yenidən formalaşdırıldı, idarəetmədə qanunçuluq və məsuliyyət prinsipləri bərqərar edildi. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il noyabrın 12-də keçirilmiş referendum (ümumxalq səsverməsi) nəticəsində Konstitusiyanın qəbul edilməsi hüquqi dövlət quruculuğunda mühüm mərhələ oldu. İnsan hüquqlarının qorunması, qanunun aliliyi və dövlətin sabit inkişafı üçün möhkəm təməl formalaşdı.
Ümummilli Lider Heydər Əliyevin iqtisadi siyasəti Azərbaycanı tənəzzüldən çıxararaq dayanıqlı inkişaf yoluna yönəltdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ilə ölkəmiz beynəlxalq enerji məkanına daxil oldu. Bu müqavilə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, regionda strateji tərəfdaşlıqların əsasını qoydu. Ardınca reallaşan Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum boru kəmərləri ölkəni enerji ixracatçısına çevirdi. Sahibkarlığın inkişafı, özəl sektorun formalaşması, xarici investisiyaların cəlb olunması nəticəsində iqtisadiyyat sabit və dinamik inkişafa qədəm qoydu.
Ulu Öndər Heydər Əliyev təkcə daxili siyasətdə deyil, beynəlxalq arenada da uzaqgörən strategiya həyata keçirdi. Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artdı, ölkə beynəlxalq təşkilatlarda fəal mövqeyə malik oldu. Ümummilli Lider dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq siyasəti yürüdərək, müstəqil dövlətin maraqlarını prinsipial şəkildə müdafiə etdi. Onun diplomatik uzaqgörənliyi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq müstəvisində gündəmə gətirildi və dünya birliyi qarşısında Azərbaycanın ədalətli mövqeyi tanındı.
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas dayaqlarından biri milli həmrəyliyin bərpası idi. O, cəmiyyətin bütün təbəqələrini vahid məqsəd – müstəqil və güclü dövlətin qurulması ideyası ətrafında birləşdirdi. Azərbaycançılıq ideologiyası məhz bu dövrdə dövlət ideyası səviyyəsinə yüksəldi. Bu ideya xalqın milli birliyini möhkəmləndirdi, Vətənə sədaqət hissini artırdı, milli kimliyi və mənəvi dəyərləri qorumağın əsas istiqamətini müəyyənləşdirdi.
Heydər Əliyevin siyasi məktəbi və idarəetmə prinsipləri bu gün də dövlətin inkişaf strategiyasının ideya mənbəyidir. Onun müəyyən etdiyi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrdə uğurla davam etdirilir. Heydər Əliyevin qoyduğu təməl üzərində formalaşan güclü dövlət bu gün dünya miqyasında nüfuzlu mövqeyə malikdir. Qlobal siyasi proseslərdə fəal iştirak edən, iqtisadi gücü və beynəlxalq nüfuzu artan müasir Azərbaycan tarixi Zəfərini məhz bu ideoloji və siyasi irsin sayəsində əldə etmişdir.
2020-ci ildə qazanılan möhtəşəm Qələbə – Vətən müharibəsində əldə olunan tarixi Zəfər Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi, Onun yaratdığı dövlət modelinin parlaq nəticəsidir. Bu Zəfər təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də xalqın milli ruhunun, müstəqilliyə sədaqətinin və dövlətə inamının təntənəsi oldu.
Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Prezident seçildiyi gün müasir tariximizdə dövlətimizin xilası və möhkəmlənməsinin təntənəsi kimi əbədiləşib. O dövrdə əsası qoyulan sabitlik, inkişaf və milli həmrəylik müstəqil Azərbaycanın qüdrəti və suverenliyinin dayaqlarıdır.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

