Prezident İlham Əliyev cəmiyyəti və xalqı öz ardınca aparan liderdir
15.12.2025 [20:16]
24 dekabr-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Bu münasibətlə cənab Prezidenti ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, ölkəmizin inkişafı naminə gördüyü işlərdə uğurlar arzulayırıq!
Yeri gəlmişkən, qeyd edək ki, müasir dünyada, o cümlədən yerləşdiyimiz regionda olduqca mürəkkəb, ziddiyətli proseslər gedir. Əksər hallarda beynəlxalq hüquq işləmir və dünya nizamı dəyişir. Tarixən dost, qonşu xalqlar qarşı-qarşıya qoyulur və barışmaz düşmənə çevrilirlər. Daxildə ictimai-siyasi sabitlik, sosial ədalət prinsipləri pozulur və cəmiyyət idarəolunmaz xarakter alır. Nəticədə böyük tarixi keçmişi, dövlətçilik ənənələri olan dövlətlər belə süqut edir. Milyonlarla insan öz yurdlarını tərk etmək məcburiyyətində qalır. Eyni zamanda, böyük dövlətlər təbii resurslar uğrunda amansız rəqabət aparır və nəticə əldə olunması üçün üçüncü qüvvələrdən, hətta terror təşkilatlarından belə istifadə etməkdən çəkinmirlər. Ələlxüsus, müstəqil siyasət aparan, milli maraqlarından çıxış edən dövlətlərin, daim təzyiq altında saxlanılması heç kim üçün sirr deyil. Sadaladıqlarım zəmanəmizin reallıqlarıdır. Bütün bunların baş verməməsi üçün olduqca düşünülmüş, ölçülü-biçili idarəetmə sistemi qurulmalı, xarici və daxili siyasət bir-birini tamamlamalı, uzlaşdırılmalıdır. Milli birlik təmin olunmalı, ölkənin qarşısında duran problemlər həllini tapmalıdır.
Məlum olduğu kimi, yerləşdiyimiz coğrafiya, bütün zamanlarda imperiyaların, böyük dövlətlərin maraq dairəsində olmuşdur. Azərbaycanın müstəqilliyini, güclənməsini, iqtisadi inkişafını həzm edə bilməyən qüvvələr öz çirkin niyyətlərini gizlətmir, milli birliyimizin pozulması üçün ən müxtəlif vasitələrdən çəkinmirlər. Dünyada baş verən prosesləri, süni şəkildə yaradılmış böhranları təhlil etdikdə bir daha əmin olursan ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Tarixin ən çətin sınaqlarından üzüağ çıxmış Lideri, son dərəcə mürəkkəb geosiyasi şərtlər daxilində öz torpaqlarını işğaldan azad etmiş Müzəffər Ali Baş Komandanı var. Gənclik dövründə ağsaqqallıq zirvəsinə qalxmış cənab İlham Əliyev prezidentliyində ölkə tamamilə yenidən qurulmuş, bir çox transmilli layihələr icra olunmuşdur. Adını həm Qurucu, həm də Müzəffər Ali Baş Komandan olaraq, Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmışdır. Bir həqiqəti nəzərə almaq lazımdır. Ölkənin hərtərəfli inkişafından tutmuş, 200 ildən bəri itirdiklərimizi cəmi 44 günlük müharibədə azad etmək kimi möhtəşəm qələbələr ancaq və ancaq, Uca Yaradan tərəfindən seçilmiş liderlərə nəsib olur. Prezident İlham Əliyev həmin seçilmişlərdəndir. Prezident İlham Əliyev Azərbaycanın beynəkxalq nüfuzunu birə min artırdı. Türk dünyasında, qardaş, dost ölkələrdə özünə inam hissi formalaşdırdı. Ən əsası isə, xalqımızın, dünyanınbir çox ölkələrində yaşayan milyonlarla soydaşımızın sınmış qürurunu bərpa etdi. Bütün bunlara görə 50 milyonluq Azərbaycan xalqı İlham Əliyevi haqqlı olaraq, öz Lideri olaraq qəbul edir. Onunla fəxr edirlər!
Süleyman Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Quşçu kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

