Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü Gədəbəy rayonunda qeyd edilib
21.11.2013 [09:13]
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı rayon İcra Hakimiyyətilə birgə partiyanın yaranmasının 21-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirib.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad ediblər. Daha sonra tədbirdə geniş məruzə ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev YAP-ın yaranmasının 21-ci ildönümü münasibəti ilə yığıncaq iştirakçılarını təbrik edib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və iştirakı ilə yaranıb: “Azərbaycanın taleyini, sabahını düşünən insanlar ölkəni düşdüyü durumdan yalnız bir şəxsiyyətin - Ulu öndər Heydər Əliyevin xilas edəcəyinə inanırdılar. Azərbaycan cəmiyyəti bu məqsədlə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. 16 oktyabr 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə 91-lərin müraciəti kimi daxil olmuş həmin sənəd əslində bütün Azərbaycan xalqının arzu və istəyinin ifadəsi idi. Onu da deyim ki, Ulu öndərimizin başladığı siyasi kurs bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir”.
Çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Alnabad ərazi ilk partiya təşkilatının sədri Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatı Qadınlar Şurasının sədri Esmira Şirinova təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ümumxalq partiyasına çevrilmiş YAP-ın Azərbaycan dövlətinin inkişafındakı yerindən bəhs ediblər.
Çıxış edən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov YAP-ın yarandığı gündən, Azərbaycanın inkişafı naminə çalışdığını və Cənubi Qafqazın ən mütəşəkkil siyasi qüvvəsi olduğunu önə çəkib. İH başçısı bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqına xidmət edir və xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirir.
Tədbirin sonunda YAP-ın yaranmasının 21-ci ildönümü münasibəti ilə YAP Gədəbəy rayon təşkilatının ümumi rayon toplantısı iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09

