Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 15 İyun: Azərbaycan Tarixinin Dönüş Nöqtəsi

15 İyun: Azərbaycan Tarixinin Dönüş Nöqtəsi

10.06.2026 [21:47]

Aslanova Sevinc

YAP Nərimanov rayon təşkilatının gənc fəalı

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər ölkənin taleyində dönüş nöqtəsinə çevrilir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin qorunması, ölkədə sabitliyin bərpa olunması və müstəqilliyimizin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bir gənc olaraq düşünürəm ki, bugünkü güclü və müstəqil Azərbaycanın necə formalaşdığını bilmək və bu tarixi hadisələri öyrənmək bizim hər birimizin borcudur.

Ulu Öndər Heydər Əliyev demişdir: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Bu fikirlər onun bütün siyasi fəaliyyətinin əsas məqsədini əks etdirirdi. Həqiqətən də, Heydər Əliyev həyatının ən məsuliyyətli dövrlərində Azərbaycan xalqının yanında olmuş və ölkəmizin müstəqilliyinin qorunması üçün mühüm xidmətlər göstərmişdir.1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illəri ölkə üçün olduqca çətin keçirdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir, torpaqlarımız işğal olunurdu. Eyni zamanda ölkədə siyasi gərginlik, hakimiyyət böhranı və iqtisadi çətinliklər hökm sürürdü. Dövlət idarəçiliyində yaranmış problemlər cəmiyyətdə narahatlıq yaradır, ölkənin gələcəyi ilə bağlı ciddi suallar doğururdu.Ulu Öndər Heydər Əliyev həmin dövrü belə xarakterizə etmişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi”. Bu fikir o illərdə ölkənin üzləşdiyi reallığı tam şəkildə əks etdirirdi. Azərbaycan həm xarici təhdidlər, həm də daxili siyasi qarşıdurmalar səbəbindən mürəkkəb vəziyyətə düşmüşdü. Məhz belə bir zamanda xalqın böyük əksəriyyəti çıxış yolunu təcrübəli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü.1993-cü ilin iyun ayında yaranmış siyasi böhran ölkəni vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu hadisə sonradan Milli Qurtuluş Günü kimi tariximizə daxil oldu. Həmin gün Azərbaycan dövlətinin xilası və gələcək inkişafının başlanğıcı hesab edilir.Heydər Əliyev Ali Sovetin sədri seçildikdən sonra etdiyi çıxışında xalqın göstərdiyi etimada görə minnətdarlığını bildirmiş və Azərbaycanın müstəqilliyini qorumağı qarşısında duran ən mühüm vəzifə kimi qiymətləndirmişdi. O, ölkənin ağır vəziyyətdən çıxarılması üçün bütün gücü ilə çalışacağını bəyan etmişdi. Bu çıxış insanlarda gələcəyə inam yaratdı və sabitliyə olan ümidləri artırdı.Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Qanunsuz silahlı qrupların fəaliyyətinə son qoyuldu, dövlət idarəçiliyi gücləndirildi, hüquqi islahatların əsası qoyuldu. İnsanların dövlətə və gələcəyə inamı yenidən bərpa olunmağa başladı.Qurtuluşun ən mühüm nəticələrindən biri də nizami ordu quruculuğunun sürətləndirilməsi oldu. Ordunun gücləndirilməsi və dövlət təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi tədbirlər həyata keçirildi. 1994-cü ildə atəşkəsin əldə olunması ölkənin inkişafı üçün daha əlverişli şərait yaratdı.Bu dövrdə Azərbaycanın beynəlxalq əlaqələri də genişləndi. Ölkəmiz dünya birliyinə daha fəal şəkildə inteqrasiya etməyə başladı. Xarici dövlətlərlə əməkdaşlıq əlaqələri quruldu, beynəlxalq təşkilatlarla münasibətlər inkişaf etdirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu müqavilə ölkəyə böyük həcmdə investisiyaların cəlb edilməsinə və iqtisadi dirçəlişə şərait yaratdı.Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri təkcə həmin dövr ilə məhdudlaşmır. O, müasir Azərbaycan dövlətinin qurucusu və memarı kimi tarixə düşmüşdür. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi, gənclərə qayğının artırılması və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi onun siyasi fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur.Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artması və ərazi bütövlüyünün tam bərpa olunması bunun bariz nümunəsidir.

Mən bir gənc olaraq hesab edirəm ki, Milli Qurtuluş Günü sadəcə keçmişdə baş vermiş bir hadisə deyil. Bu gün xalqımızın birliyinin, dövlətçiliyimizin gücünün və milli həmrəyliyimizin simvoludur. 15 İyun bizə göstərir ki, xalq öz dövlətinə sahib çıxdıqda və milli maraqlar ətrafında birləşdikdə ən çətin sınaqlardan belə uğurla keçə bilir.15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Bu gün dövlətçiliyimizin qorunmasının, sabitliyin bərpasının və gələcək inkişafın təməlinin qoyulduğu tarix kimi daim böyük ehtiramla yad edilir. Azərbaycan gəncliyi də bu tarixi hadisənin əhəmiyyətini unutmamalı, müstəqilliyimizin qorunması və ölkəmizin inkişafı naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30