Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sabirabad rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Sabirabad rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib

10.06.2026 [15:58]

Sabirabad Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olub, daha sonra onun zəngin siyasi irsi və dövlətçilik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçiriblər.

Daha sonra dəyirmi masada çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində mühüm mərhələdir. O, qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına və dövlətçiliyin möhkəmlənməsinə xidmət edib.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov və YAP Sabirabad rayon təşkilatının nümayəndəsi Tural Hüseynzadə Milli Qurtuluş Gününün xalqımızın taleyində xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin hərtərəfli inkişafı və əldə olunan nailiyyətlərin məhz bu siyasi kursun nəticəsi olduğunu bildiriblər.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 42 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30