Qurtuluşdan Zəfərə aparan yol
12.06.2026 [16:58]
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, müasir dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir. Bu tarix Azərbaycan dövlətinin parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas olduğu, xalqın gələcəyinə inamının yenidən bərpa edildiyi gündür. Milli Qurtuluş Gününün memarı isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan sonrakı illərdə ciddi sınaqlarla üzləşdi. 1991–1993-cü illərdə ölkədə siyasi böhran, iqtisadi tənəzzül, idarəetmədə xaos və özbaşınalıq hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkədə vətəndaş qarşıdurması təhlükəsi getdikcə artırdı. Dövlətçiliyimizin taleyi sual altında idi.
Belə bir mürəkkəb və təhlükəli şəraitdə Azərbaycan xalqı ümidini öz böyük oğluna – Heydər Əliyevə bağladı. Hələ 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Bu müraciət xalqın Heydər Əliyevə olan inamının və etimadının ifadəsi idi.
1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr ölkədə vəziyyəti daha da ağırlaşdırdı. Azərbaycan vətəndaş müharibəsinin astanasına gəlib çatmışdı. Belə bir zamanda xalqın təkidli tələbi ilə Heydər Əliyev iyunun 9-da Bakıya qayıtdı. Bu qayıdış sadəcə siyasi hadisə deyil, dövlətçiliyimizin xilası demək idi.
Heydər Əliyev qısa müddətdə vəziyyəti nəzarətə götürdü, ölkədə sabitliyin təmin olunması istiqamətində qətiyyətli addımlar atdı. Onun Gəncəyə səfəri və apardığı danışıqlar nəticəsində qan tökülməsinin qarşısı alındı. Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycanı fəlakətə sürükləyə biləcək vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin gün sonralar Milli Qurtuluş Günü kimi tariximizə daxil edildi. Bu tarixdən etibarən Azərbaycan dövlətçiliyi möhkəmləndi, sabitlik təmin olundu, xalqın gələcəyə inamı bərpa edildi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi, demokratik dövlət quruculuğu prosesi başladı. Dövlət institutları formalaşdırıldı, iqtisadi islahatlar həyata keçirildi, Azərbaycanın beynəlxalq əlaqələri genişləndi. Məhz həmin dövrdə müasir Azərbaycanın inkişaf strategiyasının əsasları müəyyən edildi. 1993–2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf və tərəqqi dövrü kimi daxil oldu.
Bu gün Azərbaycanın qazandığı bütün uğurların təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır. Prezident İlham Əliyev həmin siyasi xətti uğurla davam etdirərək ölkəmizin qüdrətini daha da artırdı.
2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Ermənistanın otuz ilə yaxın davam edən işğal siyasətinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfər güclü dövlət quruculuğunun, xalq-iqtidar birliyinin, müasir ordunun və düzgün siyasi strategiyanın nəticəsi idi.
Xüsusilə Şuşa şəhərinin azad olunması xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Qarabağın tacı sayılan Şuşanın azadlığı Azərbaycanın hərbi və siyasi qüdrətinin nümayişinə çevrildi. Hazırda Şuşada və işğaldan azad edilmiş digər ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, həyat yenidən canlanır.
Ümummilli Lider Heydər Əliyev hər zaman Şuşanın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayırdı. Prezident İlham Əliyev də Ulu Öndərin arzularını reallığa çevirdi və Şuşanı yenidən Azərbaycana qovuşdurdu. Bu gün Şuşa təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın mədəniyyət və mənəviyyat mərkəzlərindən biri kimi inkişaf edir.
2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması da Milli Qurtuluş Gününün tariximizdəki əhəmiyyətini daha da artırdı. Bu sənəd iki qardaş dövlət arasında münasibətlərin yeni mərhələsini müəyyənləşdirdi və regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün mühüm siyasi baza yaratdı.
Bu gün Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya və müstəqil siyasətə malik dövlətdir. Bütün bunların əsasında isə Heydər Əliyevin xilaskarlıq missiyası, dövlətçilik ideyaları və Azərbaycan xalqının öz liderinə olan inamı dayanır.
Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz". Bu fikir bu gün də dövlətimizin inkişaf yolunu müəyyən edən əsas prinsiplərdən biridir.
Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik iradəsinin təntənəsidir. Bu əlamətdar gün münasibətilə hər bir vətəndaşı təbrik edir, dövlətimizə əbədi müstəqillik, xalqımıza rifah və tərəqqi arzulayırıq.
Qoy 15 İyun – Milli Qurtuluş Gününün işığı daim Azərbaycan dövlətinin və xalqının yolunu nurlandırsın. Yaşasın müstəqil, güclü və qalib Azərbaycan!
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

