Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 15 İyun - Azərbaycanın dirçəliş yolunun başlanğıcı

15 İyun - Azərbaycanın dirçəliş yolunun başlanğıcı

12.06.2026 [22:47]

12 iyun 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş “15 İyun-Azərbaycanın dirçəliş yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub, Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edilib.

Mərkəzdə tədbir iştirakçılarına müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vurğulayıb ki, 1993-cü il 15 iyun tarixindən 33 il keçir. Bu tarix  Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər  Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Geniş məruzə ilə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, bu gün biz fəxrlə qeyd edə bilərik ki, 1993-cü ilin 15 iyun tarixi müstəqil Azərbaycan dövlətinin parçalanmaq təhlükəsindən uzaqlaşdığı və Ümummilli lider Heydər Əliyevin xalq qarşısında xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı bir gündür. Biz bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl üzərində müasir, qüdrətli Azərbaycan qurulub. Onun siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan xalqı böyük fəxr hissi ilə ulu öndərin əziz xatirəsini yad edir. Onun zəngin siyasi irsi, dövlətçilik məktəbi və milli ideologiyası gələcək nəsillər üçün mühüm örnək olaraq qalır. Heydər Əliyevin həyatı və fəaliyyəti göstərir ki, xalqa sədaqətlə xidmət edən liderlər tarixdə əbədi yaşayır.

Tədbirdə çıxış edən digər natiqlər – ADA Universitetinin Qazax mərkəzinin baş məsləhətçisi Yeganə Göyüşlü, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı İsmayıl Omarlı və əməkdar müəllim İndira Vəliyeva qeyd ediblər ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü.  Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.

Sonda məktəblilərin ifasında şeirlər səsləndirilib.

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30