Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır

Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır

08.07.2026 [12:58]

Qlobal geosiyasi arxitekturanın yenidən formalaşdığı, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi mexanizmlərinin transformasiyaya uğradığı müasir mərhələdə, Avropa İttifaqı və Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlər keyfiyyətcə yeni, strateji doktrinal sferaya qədəm qoymaqdadır. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanın diplomatik təmaslarının ardınca, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya rəsmi səfəri təsadüfi xarakter daşımayıb, Brüsselin Cənubi Qafqaz regionuna yönəlik xarici siyasət strategiyasının konseptual şəkildə yenidən nəzərdən keçirilməsinin bariz göstəricisidir.

Azərbaycanın şaxələndirmə siyasətini uğurla həyata keçirən, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınmasında ölkəmizin neft-qaz sektorunda qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. İllər keçdikcə ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə həyata keçirdiyi enerji layihələrinin uğurlu icrası nəticəsində qaz ixracatçısı kimi də tanınmağa başladı. Neft-qaz resurslarından əldə edilən gəlirin düzgün istiqamətləndirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan qeyri-neft sektorunun inkişafı baxımından dünyanın diqqət mərkəzindədir. Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, şəffaflığın təmin edilməsi kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Azərbaycan bu gün xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir. 2030-cu ilədək respublikamızın yaşıl artım ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Bu amillər, eyni zamanda, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. 

Ümumilikdə, mətbuata verilən bəyanatlar göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı maraqlar və praqmatik əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Enerji təhlükəsizliyi, yaşıl keçid, nəqliyyat-logistika layihələri və regional sabitlik bundan sonra da tərəflərin əməkdaşlıq gündəliyində əsas istiqamətlər olaraq qalacaq.

Altun İbrahimov 

YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

İqtisadiyyat

İqtisadiyyat

Birinci yarımildə...

08 İyul 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31