Ağdaşda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
09.10.2026 [12:42]
Ağdaş rayonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitqdən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Əvvəlcə müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra müşavirə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov məruzə ilə çıxış edib. Məruzədə YAP-ın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələr, partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, rayon təşkilatlarının qarşısında duran əsas məsələlər barədə ətraflı məlumat verilib.
Sonra müxtəlif sahələri təmsil edən partiya fəalları çıxış edərək qurultayda səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin Ağdaş rayonunda icrası istiqamətində görüləcək işlərdən danışıblar.
Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP-ın VIII Qurultayının nümayəndəsi Aynur Novruzova çıxışında dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının mühüm rolundan bəhs edib.
Ağdaş rayon Veteranlar Şurasının sədri, “Ağdaş qəzeti” MMC-nin direktoru, partiya veteranı, VIII Qurultayın nümayəndəsi Qalib Həsənov, Mədəniyyət işçiləri ərazi partiya təşkilatının sədr müavini, Ağdaş rayon Mədəniyyət Mərkəzinin direktoru, VIII Qurultayın nümayəndəsi Turanə Şıxalıyeva, Rabitə işçiləri ərazi partiya təşkilatının sədri, “Aztelekom” MMC-nin Aran regional filialının İnformasiya Texnologiyaları üzrə mütəxəssisi, VIII Qurultayın nümayəndəsi Nicat Heydərov, Dəhnəxəlil kənd ərazi partiya təşkilatının sədri, Dəhnəxəlil kənd tam orta məktəbinin direktoru, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş Pərvin Rəhimov da çıxış edərək qurultayın əhəmiyyətindən, qarşıya qoyulan vəzifələrdən və onların yerlərdə icrası istiqamətində görüləcək işlərdən danışıblar.
Müşavirədə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı İlham Məmmədov YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu vəzifələr partiyanın yeni inkişaf mərhələsində fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir. Deputat rayon təşkilatlarının, partiya fəallarının və üzvlərinin qarşısında mühüm vəzifələrin dayandığını qeyd edərək onların fəal və məsuliyyətli fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Müşavirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin davamlı inkişafı, ictimai-siyasi sabitliyin qorunması və qarşıda duran yeni hədəflər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bundan sonra da dövlət başçısının müəyyən etdiyi siyasi kursun həyata keçirilməsinə layiqincə töhfə vermək, cəmiyyətlə sıx əlaqələri daha da gücləndirmək və qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak etmək əzmi ilə fəaliyyətini davam etdirəcək.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32

