/ / YAP Xocavənd rayon təşkilatının təşkilatçılığı ilə YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
YAP Xocavənd rayon təşkilatının təşkilatçılığı ilə YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
09.10.2026 [12:46]
6 oktyabr 2026-cı il tarixində Xocavənd rayonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə rayon təşkilatının sədri Vüsal Hüseynov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, YAP-ın VIII Qurultayının nümayəndələri, ərazi partiya təşkilatlarının sədrləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Xocavənd rayon Mədəniyyət evinin akt zalında tədbirin rəsmi hissəsi davam etdirilib. Çıxışlardan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Prezident İlham Əliyevin nitqi Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna, qazanılan tarixi Zəfərlərə və dövlət qarşısında duran yeni vəzifələrə geniş nəzər salmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Vüsal Hüseynov vurğulayıb ki, qurultayda səsləndirilən fikirlər partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və yerli təşkilatların qarşısında duran vəzifələrin dəqiqləşdirilməsi baxımından mühüm siyasi əhəmiyyətə malikdir.
Vüsal Hüseynov çıxışında Azərbaycanın əldə etdiyi Zəfərin tarixi-siyasi əsaslarına da toxunub. O bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə yalnız hərbi üstünlüyün deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, iqtisadi və hərbi potensialın gücləndirilməsinin, beynəlxalq mövqelərin möhkəmləndirilməsinin və xalq-dövlət birliyinin nəticəsidir.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələ təşkil edib. Prezident İlham Əliyev tərəfindən bu siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsi ölkənin inkişafına, dövlətçilik potensialının güclənməsinə və tarixi Zəfərin əldə olunmasına zəmin yaradıb. Siyasi varislik və strateji ardıcıllıq Azərbaycanın uğurlarının əsas amillərindən biri kimi dəyərləndirilib.
Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov bildirib ki, partiyanın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıdakı dövrün prioritetlərinin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi dövlətimizin əldə etdiyi tarixi nailiyyətləri, beynəlxalq mövqeyinin möhkəmlənməsini və qarşıda duran vəzifələri əks etdirir.
Tofiq Cahangirov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın güclənməsində, milli maraqlarının qorunmasında və tarixi Zəfərin qazanılmasında mühüm rol oynayıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin inkişafına, dövlətçilik ənənələrinin qorunmasına və xalq-dövlət birliyinin möhkəmləndirilməsinə bundan sonra da öz töhfəsini verməlidir. Çıxışında partiya təşkilatlarının üzərinə düşən vəzifələrə toxunan Tofiq Cahangirov əhali ilə əlaqələrin gücləndirilməsinin, partiya üzvlərinin fəallığının artırılmasının və qurultayda müəyyənləşdirilən istiqamətlər üzrə məqsədyönlü fəaliyyətin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev, YAP Xocavənd rayon təşkilatının fəalları Təhminə Mirzəyeva və Şəmistan Gülmalı da qurultayın əhəmiyyətindən danışıblar. Onlar bildiriblər ki, Yeni Azərbaycan Partiyasının hər bir qurultayı qəbul edilən mühüm qərarlar, irəli sürülən təşəbbüslər və ölkənin davamlı inkişafına xidmət edən çağırışlarla əlamətdar olur. Qeyd edilib ki, VIII Qurultay partiyanın qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi və gələcək fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Çıxışlarda Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin Azərbaycanın müasir inkişaf yolunun, tarixi Zəfərlərinin və qarşıda duran vəzifələrin dərindən dərk olunması üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Dövlət başçısının çıxışlarının milli dövlətçilik ənənələrinin gənc nəslə aşılanması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyəti qeyd olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32

