/ / Qaradağda “YAP-ın VIII Qurultayı – yeni reallıqlar və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib
Qaradağda “YAP-ın VIII Qurultayı – yeni reallıqlar və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib
09.10.2026 [15:22]
Oktyabrın 9-da Qaradağ rayonunda yerləşən Qaz Anbarlarının İstismarı İdarəsinin akt zalında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin və qurultay materiallarının öyrənilməsi ilə bağlı “YAP-ın VIII Qurultayı – yeni reallıqlar və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qurultay nümayəndəsi, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaz Anbarları İstismarı İdarəsinin rəisi Rövşən Qarayev, Salyan şossesi 63 ünvanı üzrə ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qaz Anbarları İstismarı İdarəsinin rəisi Rövşən Qarayev tədbiri açıq elan edərək son günlər ölkə mətbuatının böyük diqqət yetirdiyi, cəmiyyətdə geniş müzakirələrə səbəb olmuş hakim Yeni Azərbaycan Partiyasının VIII qurultayı barədə məlumat verib. Bildirib ki, YAP Qaradağ rayon təşkilatının sədri və VIII qurultayın nümayəndəsi İlqar İlyasovun da qatıldığı tədbirin məqsədi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən bu tədbirdə Prezident, YAP Sədri cənab İlham Əliyevin nitqində səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələr barədə ətraflı fikir mübadiləsinin aparılmasıdır. Qurultayın ölkəmiz üçün çox mühüm bir mərhələdə keçirildiyini vurğulayan idarə rəisi orada aparılan müzakirələrin və qəbul edilən qərarların Azərbaycanın gələcək inkişafı üçün çox mühüm siyasi əhəmiyyət daşıdığını bildirib. R.Qarayev qeyd edib ki, dövlət başçısının çıxışı yalnız Yeni Azərbaycan Partiyasının qarşıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə məhdudlaşmır. Nitq eyni zamanda müasir mərhələdə Azərbaycanın dövlətçilik strategiyasının, milli maraqlarının qorunmasının, sosial-iqtisadi inkişafının, təhlükəsizlik siyasətinin və yeni geosiyasi reallıqlar şəraitində qarşıda duran vəzifələrin konseptual çərçivəsini müəyyənləşdirir.
Prezident İlham Əliyevin nitqində sosial siyasətə xüsusi diqqət yetirildiyini xatırladan idarə rəisi bildirilib ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan vətəndaşlarının sosial rifahının davamlı şəkildə yaxşılaşdırılmasıdır.
YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov tədbirdə çıxış edərək Prezident, YAP Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrdən, qurultay materiallarının ərazi partiya təşkilatlarında dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb.
İlqar İlyasov bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitq Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna, əldə etdiyi mühüm nailiyyətlərə siyasi qiymət verməklə yanaşı, Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni mərhələdə qarşıda duran strateji hədəfləri və əsas vəzifələri də müəyyənləşdirir.
YAP Qaradağ rayon təşkilatının sədri vurğulayıb ki, tədbirin əsas məqsədi cənab Prezidentin müəyyən etdiyi siyasi istiqamətlərin mahiyyətini dərindən öyrənmək və onların YAP Qaradağ rayon təşkilatının, eyni zamanda ərazi partiya təşkilatlarının fəaliyyətində konkret şəkildə əks olunmasını təmin etməkdir. Bu mənada qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində ərazi partiya təşkilatlarının və partiya üzvlərinin üzərinə düşən məsuliyyətin konkret şəkildə müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Rayon təşkilatının sədri xüsusi vurğulayıb ki, cənab Prezidentin nitqində irəli sürülən vəzifələrin mahiyyətinin hər bir partiya üzvü və vətəndaş tərəfindən dərindən mənimsənilməsi, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə onların öz töhfəsini verməsi vacibdir.
Tədbirdə digər çıxış edənlər - Salyan şossesi 63 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Rəfael Bağırov və YAP fəalı Ülviyyə Orucova Prezidentin qurultaydakı çıxışını xüsusi diqqətlə dinlədiklərini bildirərək qeyd ediblər ki, dövlət başçısının nitqində Azərbaycanı Zəfərə aparan yolun ardıcıl dövlətçilik siyasəti ilə bağlılığı mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının 1992-ci ildə təsis edilməsi və Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından mühüm tarixi mərhələ təşkil edir. Bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yeni tarixi mərhələdə uğurla davam etdirilməsi Azərbaycanın müstəqil dövlət kimi mövqelərinin daha da möhkəmlənməsinə, milli maraqların ardıcıl və qətiyyətlə müdafiəsinə şərait yaradıb.
Tədbirə yekun vuran Rövşən Qarayev YAP-ın VIII qurultayında aparılan müzakirələrin və qəbul edilən qərarların ölkəmizin gələcək inkişafı üçün çox mühüm əhəmiyyətini bir daha vurğulayıb və iştirakçılara bu vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

