Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında tarixi mərhələ
09.10.2026 [15:24]
2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşdəki çıxışı ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişaf perspektivlərini, qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın əhəmiyyətini və regional əməkdaşlığın genişləndirilməsi istiqamətlərini əks etdirib.
Dövlət başçısı çıxışında Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb. Azərbaycanın bu məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması isə ortaq maraqların daha geniş müstəvidə uzlaşdırılması, regional təşəbbüslərin əlaqələndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm tarixi hadisədir. Bu iştirak Azərbaycanın yalnız coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi və strateji maraqlar baxımından Mərkəzi Asiya ilə sıx bağlılığını nümayiş etdirir. Ölkəmizin region dövlətləri ilə münasibətləri qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq inkişaf məqsədləri üzərində qurulur.
Prezident İlham Əliyev çıxışında Azərbaycanla Türkmənistan arasında münasibətlərin dinamik inkişafına xüsusi diqqət yetirib. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi, siyasi dialoqun güclənməsi və əlaqələrin müxtəlif istiqamətlərdə genişlənməsi iki ölkənin əməkdaşlığa verdiyi önəmi göstərir. Dövlət başçısı qardaş Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi mənəvi dəstəyi də xüsusi qeyd edib. Füzuli şəhərində məscidin inşası təşəbbüsü xalqlarımız arasında dostluğun və mənəvi yaxınlığın rəmzi kimi dəyərləndirilib. Eyni zamanda, Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qardaşlıq münasibətlərinin əməli ifadəsidir. Bu təşəbbüslər göstərir ki, dövlətlərimiz arasında əməkdaşlıq siyasi bəyanatlarla məhdudlaşmır, insanların həyatına toxunan konkret layihələrlə də möhkəmlənir.
Prezident İlham Əliyevin çıxışında iqtisadi-ticari əlaqələrin inkişafı və qarşılıqlı investisiyaların artırılması mühüm yer tutub. Dövlət başçısının qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərir.
Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması iqtisadi tərəfdaşlığın yeni imkanlarını ortaya qoyur. Bu fondların potensialından daha səmərəli istifadə etməklə yeni istehsal müəssisələrinin yaradılması, sənaye kooperasiyasının gücləndirilməsi və birgə layihələrin reallaşdırılması mümkündür.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də qarşılıqlı ticarətin artırılması ilə kifayətlənməmək, birlikdə investisiya qoymaq, məhsul istehsal etmək və beynəlxalq bazarlara çıxmaq çağırışıdır. Bu yanaşma əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsini nəzərdə tutur. Belə ki, ölkələr arasında dayanıqlı iqtisadi əlaqələr yalnız mal mübadiləsi ilə deyil, ortaq istehsal zəncirləri, texnologiya mübadiləsi və uzunmüddətli investisiya layihələri ilə daha da möhkəmlənir.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

