20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfər və Böyük Qayıdış
20.10.2026 [15:54]
20 Oktyabr – Zəngilan Şəhəri Günü Azərbaycan xalqının tarixi Zəfərini, milli birliyini və doğma torpaqlarına qayıdış əzmini təcəssüm etdirən əlamətdar tarixlərdən biridir. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm qələbələrindən biri olmaqla, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi hadisəyə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq xalqımızın iradəsini və dövlətimizin gücünü bir daha nümayiş etdirdi.
Zəngilan qədim tarixi, zəngin mədəni irsi və əlverişli coğrafi mövqeyi ilə Azərbaycanın seçilən bölgələrindən biridir. Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra aparılan inzibati-ərazi dəyişiklikləri nəticəsində bölgənin idarəçilik quruluşunda dəyişikliklər baş vermiş, sonrakı dövrlərdə Zəngilan Azərbaycan SSR-in tərkibində rayon kimi formalaşmışdır. Rayon tarixən kənd təsərrüfatı, təbii sərvətləri və nəqliyyat əlaqələri ilə seçilmiş, əhalinin yaşayışı və iqtisadi fəaliyyəti üçün əlverişli imkanlara malik olmuşdur.
Zəngilanın təbii sərvətləri, meşələri, çayları və münbit torpaqları onun iqtisadi potensialını müəyyən edən əsas amillərdəndir. İşğaldan əvvəl rayonda yaşayış evləri, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, avtomobil və dəmir yolları mövcud idi. Lakin işğal illərində rayonun infrastrukturu dağıdılmış, yaşayış məntəqələri xarabalığa çevrilmiş, tarixi-mədəni irsə ciddi ziyan vurulmuşdur.
Erməni vandalizmi nəticəsində Zəngilanın çoxsaylı tarixi və memarlıq abidələri dağıntılara və baxımsızlığa məruz qalmışdır. Rayonun qədim keçmişini əks etdirən Şərifan abidələri, Şəhri Şərifan və Ağca Aşıq yaşayış yerləri, Qumlaq kəndindəki Qız qalası, Qəsr qalası, Şərifan və Yenikənd sərdabələri, Hacallı dairəvi bürcü və körpüsü, Bartaz Qız qalası, Sobu kəndindəki Tağlı körpü və Məmmədbəyli kəndində yerləşən Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi xüsusi əhəmiyyət daşıyır. Quyudərə Xəştab kəndindəki qədim nekropol və Yeməzli kəndindəki küp qəbirlər də bölgənin qədim yaşayış tarixini təsdiqləyən mühüm arxeoloji nümunələrdir. Bu abidələrin qorunması və bərpası Azərbaycanın milli-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
20 oktyabr tarixinin Zəngilan Şəhəri Günü kimi təsis edilməsi tarixi qələbənin əbədiləşdirilməsi və xalqımızın yaddaşında yaşadılması məqsədi daşıyır. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə hər il oktyabrın 20-si Zəngilan şəhəri günü kimi müəyyən edilmişdir. Bu gün həm də azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işlərinin və Böyük Qayıdış prosesinin əhəmiyyətini ifadə edir.
Zəngilanın mühüm strateji mövqeyi onun Azərbaycanın nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Zəngilan Beynəlxalq Hava Limanının inşası, avtomobil yollarının çəkilməsi və nəqliyyat-kommunikasiya infrastrukturunun yenilənməsi rayonun iqtisadi potensialını artırır. Bu layihələr Azərbaycanın regionda nəqliyyat əlaqələrinin genişləndirilməsinə və beynəlxalq daşımaların inkişafına mühüm töhfə verir.
Prezident İlham Əliyevin Zəngilana səfərləri rayonun bərpasına və inkişafına göstərilən xüsusi diqqətin bariz nümunəsidir. Dövlətimizin başçısı 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində Azərbaycan bayrağını ucaltdı. 2021-ci il fevralın 14-də rayonun bərpası ilə bağlı məsələlərlə tanış oldu. Aprelin 26-da isə rayon sakinləri ilə görüşdü, Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının və Zəngilan–Horadiz avtomobil yolunun təməlqoyma mərasimlərində iştirak etdi.
2021-ci il oktyabrın 20-də Prezident İlham Əliyev Zəngilana səfəri çərçivəsində Ağalı kəndində “Ağıllı kənd” layihəsi üzrə görülən işlərlə tanış oldu, Beynəlxalq Hava Limanında tikintinin gedişini izlədi, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldu. Həmçinin “Zəngilan” yarımstansiyasının açılışında iştirak etdi və rəqəmsal yarımstansiyanın təməlini qoydu. Bu layihələr bölgədə müasir infrastrukturun qurulması və dayanıqlı inkişafın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Zəngilanda genişmiqyaslı quruculuq işləri davam etdirilir, müasir yaşayış məntəqələri salınır, yollar, sosial obyektlər və kommunal infrastruktur yenidən qurulur. Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi azad edilmiş ərazilərdə müasir yaşayış modelinin yaradılmasının uğurlu nümunəsidir. Bütün bunlar doğma torpaqlarına qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir.
20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın qəhrəmanlığının, dövlətimizin qüdrətinin və milli birliyimizin təntənəsidir. Zəngilanın işğaldan azad olunması ilə başlayan yeni tarix bu gün böyük quruculuq və dirçəliş mərhələsi ilə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Zəngilan yenidən inkişaf edir, öz tarixi simasını bərpa edir və Azərbaycanın gələcəyinə inamla addımlayır.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29

