20 Oktyabr – Zəngilan Şəhəri Günü - Zəfərdən Böyük Qayıdışa uzanan yol
20.10.2026 [22:57]
Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 20 Oktyabr – Zəngilan Şəhəri Günü milli qürurumuzun, tarixi ədalətin bərpasının və Böyük Qayıdışın rəmzidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün 2020-ci il Vətən müharibəsinin gedişində Azərbaycan Ordusunun qazandığı mühüm qələbəni, xalqımızın öz doğma torpaqlarına qovuşmaq əzmini və dövlətimizin sarsılmaz iradəsini təcəssüm etdirir.
Zəngilan rayonu zəngin tarixi, əlverişli coğrafi mövqeyi, təbii sərvətləri və füsunkar təbiəti ilə Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən biridir. Lakin 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalan rayonun təxminən 35 min sakini doğma yurdlarından didərgin düşərək ölkənin müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldu. İşğal illərində Zəngilanın tarixi və dini abidələri, məscidləri, muzeyləri və qəbiristanlıqları dağıdıldı, maddi-mədəni irsinə ciddi ziyan vuruldu. Bəsitçay Dövlət Təbiət Qoruğunun əsrlik çinar meşələrinin qırılması, Vejnəli qızıl yatağının qanunsuz istismarı və təbii sərvətlərin talan edilməsi isə bölgənin ekoloji mühitinə ağır zərbə vurdu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələyə çevrildi. Cəbrayıl və Füzulinin azad edilməsindən sonra Azərbaycan Ordusu cənub istiqamətində uğurlu əməliyyatlarını davam etdirərək Zəngilan rayonuna doğru irəlilədi. Mürəkkəb relyef və meşəlik ərazilərdə yüksək peşəkarlıq nümayiş etdirən hərbçilərimizin çevik taktiki gedişləri düşmənin müdafiə mövqelərinin yarılmasında mühüm rol oynadı. Nəticədə Zəngilan şəhəri ilə yanaşı, rayonun bir sıra kəndləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edildi. 2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, eləcə də Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndlərinin azad olunması xəbərini xalqımıza çatdırdı. Dövlət başçısının “Zəngilan bizimdir! Qarabağ bizimdir!” bəyanatı yalnız hərbi qələbənin ifadəsi deyil, həm də xalqımızın tarixi torpaqlarına qayıdış əzminin və milli birliyinin təntənəsi idi.Zəngilanın azad edilməsi hərbi-strateji baxımdan da mühüm əhəmiyyət daşıyırdı. Rayonun cənub hissəsində dövlət sərhədinin nəzarətə götürülməsi Azərbaycanın ərazi bütövlüyünün və sərhəd təhlükəsizliyinin təmin olunmasında mühüm mərhələ oldu. Oktyabrın 22-də Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalan 132 kilometrlik hissəsinin bərpası başa çatdırıldı. Bununla da Azərbaycanın regional nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi üçün yeni perspektivlər yarandı.
Zəngilanın azadlığı ilə başlanan yeni mərhələnin əsas hədəfi doğma torpaqların dirçəldilməsi və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qaytarılmasıdır. Bu baxımdan Ağalı kəndində həyata keçirilən layihə Böyük Qayıdışın mühüm nümunəsinə çevrildi. Müasir yaşayış evləri, məktəb, uşaq bağçası, tibb məntəqəsi və digər sosial infrastruktur obyektləri ilə qurulan kənddə sakinlərin rahat yaşayışı və məşğulluğu üçün şərait yaradıldı. Ağıllı kənd konsepsiyası əsasında həyata keçirilən bu layihə işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma və dayanıqlı məskunlaşma modelinin formalaşdırılmasına xidmət edir. Bu gün Zəngilanın inkişafı yalnız yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Rayonun əlverişli coğrafi mövqeyi, nəqliyyat-kommunikasiya imkanları, kənd təsərrüfatı potensialı və yaşıl enerji sahəsində perspektivləri onun Şərqi Zəngəzurun mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır. Beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı, regional əməkdaşlığın genişlənməsi və Zəngəzur istiqamətində kommunikasiya imkanlarının açılması Zəngilanın gələcək iqtisadi əhəmiyyətini daha da artırır.
20 Oktyabr – Zəngilan Şəhəri Günü, ilk növbədə, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin və Azərbaycan əsgərinin qəhrəmanlığına minnətdarlıq günüdür. Eyni zamanda, bu tarix dağıntılardan quruculuğa, məcburi köçkünlükdən doğma yurda qayıdışa, işğaldan dirçəlişə uzanan yolun rəmzidir.
Zəngilanda dalğalanan üçrəngli bayrağımız dövlət suverenliyimizin, milli həmrəyliyimizin və gələcəyə inamımızın təcəssümüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığına qovuşan Zəngilan bu gün Azərbaycanın quruculuq əzmini, qüdrətini və Böyük Qayıdış iradəsini nümayiş etdirir. Zəngilanın yenidən canlanması tarixi ədalətin bərpasının və doğma torpaqlarımızda həyatın əbədi olaraq davam edəcəyinin parlaq ifadəsidir.
Esmira Həsənova
YAP Naxçıvan şəhər təşkilatı “Atatürk 26” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,
Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25

