Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Göyçay rayon təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib

YAP Göyçay rayon təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib

20.10.2026 [23:00]

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının “Çərəkə kənd” ərazi partiya təşkilatında YAP-nın VIII Qurltayında çıxış edən YAP sədri, Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlərin icrası ilə bağlı tədbir keçirilib.

Tədbirdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, təşkilatın sədr müavini Laçın İsmayılov, ərazi partiya təşkilatının sədr müavini Elvin Ömərov, Bələdiyə sədri Kamran Qurbanlı və təşkilatın üzvləri iştirak ediblər.

  Tədbiri açıq elan edən Kamran Qurbanlı qeyd edib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Qurultaydakı tarixi və proqram xarakterli nitqi qarşıya yeni hədəflər və strateji vəzifələr qoyur, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi və hərbi potensialın gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, təbliğat və ideoloji işin düzgün təşkili kimi mühüm istiqamətləri müəyyən edir.

          Tədbirdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov iştirakçıları salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti, YAP-nin Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn əsas prioritetlər və mühüm vəzifələr barədə ətraflı məlumat verib. O, qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizdə siyasi sabitliyin, sosial-iqtisadi tərəqqinin və dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təmin olunmasında mühüm rol oynayır. S.Şükürov , partiyanın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan hədəflərin reallaşdırılmasında fəal iştirak edəcəyini və ölkəmizin davamlı inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.

Rayon Ağsaqqallar Şurasın Sədri Nazir Əhmədov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, dövlətimizin qüdrəti daha da artmış, beynəlxalq nüfuzu möhkəmlənmiş və ölkəmiz etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmişdir.

Daha sonra çıxış edən kənd ağsaqqalları Firuddin Xəlilov və Cavid Piriyev VIII Qurultayın Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini, Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlərin partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərini əhatə etdiyini bildirərək, milli-mənəvi dəyərlərin qorunmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin və dövlətçilik ənənələrinin yaşadılmasının vacibliyini vurğulayıblar.

Görüşün yekununda Sonda Prezident İlham Əliyevin nitqində müəyyənləşdirilən prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələr, ərazi partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və partiya üzvlərinin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31