Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qaradağ rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş növbəti tədbir keçirilib

Qaradağ rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş növbəti tədbir keçirilib

20.10.2026 [23:13]

Oktyabrın 20-də Qaradağ rayonu Sahil qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Salyan şossesi 15 ünvanı (“Qazma Servis” İstehsalat Bölümü) və Sahil qəsəbəsi Liman Körpüsü (“Quru Qazma” İstehsalat Bölümü) ünvanı üzrə ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə partiyanın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın VIII Qurultayının nümayəndəsi İlqar İlyasov, Salyan şossesi 15 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, “Qazma Servis” İstehsalat Bölümünün rəisi Ülvi Fətullayev, “Quru Qazma” İstehsalat Bölümü rəisinin müavini Etibar Quliyev, partiya üzvləri və fəallar iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri açın Salyan şossesi 15 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, “Qazma Servis” İstehsalat Bölümünün rəisi Ülvi Fətullayev Yeni Azərbaycan Partiyasının cari il oktyabrın 2-də keçirilmiş VIII Qurultayı, Prezident, YAP Sədri cənab İlham Əliyevin buradakı proqram xarakterli nitqi barədə ətraflı məlumat verib. Billdirib ki, bugünkü görüşün məqsədi həmin nitqdən irəli gələn məsələlər barədə ətraflı fikir mübadiləsinin aparılması, onun ölkəmizin ictimai-siyasi həyatı və iqtisadi inkişafı ilə bağlı daşıdığı mahiyyətin hər bir partiya üzvünə çatdırılmasıdır.

Tədbirdə digər çıxış edənlər Liman Körpüsü ünvanı üzrə ərazi partiya təşkilatı sədrinin müavini, “Qazma Servis” İstehsalat Bölümünün xidmət rəisi Anar Sadıqov, “Quru Qazma” İstehsalat Bölümünün rəis müavini Etibar Quliyev və başqaları dövlətimizin başçısı, YAP Sədri cənab İlham Əliyevin nitqində irəli sürülən məsələləri yüksək qiymətləndiriblər.

Bildiriblər ki, Azərbaycanın gələcək inkişaf xəttinin öz əksini tapdığı həmin nitqdə ölkə iqtisadiyyatının inkişafı, neft və qaz sənayesi işçiləri qarşıında duran vəzifələr də əksini tapıb. Çıxış edənlər qurultayın müəyyən etdiyi hədəflərin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşərək, təşkilati işlərin daha çevik və nəticəyönümlü qurulması barədə təkliflərini səsləndiriblər.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, VIII Qurultayın nümayəndəsi İlqar İlyasov bildirib ki, bu gün biz Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunlarını və Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələri müzakirə etmək üçün toplaşmışıq. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay partiyamızın tarixində xüsusi yer tutur.

Dövlət başçısının vurğuladığı kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilir. İlqar İlyasov partiya Sədrinin YAP fəalları qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıraraq ideoloji işin müasir formatda qurulmasının, Azərbaycan reallıqlarının hər bir vətəndaşa çatdırılmasının və ideoloji təxribatlara qarşı ayıq-sayıq olmağın vacibliyini qeyd edib.

 Çıxışında partiyanın keçdiyi inkişaf yoluna, ölkənin ictimai-siyasi həyatında iştirakına və qarşıdakı dövr üçün müəyyənləşdirilən fəaliyyət istiqamətlərinə diqqət çəkən rayon təşkilatının sədri bildirib ki, VIII Qurultay partiyanın gələcək fəaliyyətinin təşkili, mövcud imkanların daha səmərəli səfərbər olunması və yeni çağırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması baxımından mühüm mərhələdir. İlqar İlyasov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən danışaraq qeyd edib ki, ölkənin davamlı tərəqqisi, milli maraqların qorunması və dövlətçilik ənənələrinin yaşadılması partiyanın fəaliyyətində əsas istiqamətlərdəndir. O, ərazi partiya təşkilatlarının bu hədəflərin həyata keçirilməsində fəallıq göstərməsinin, cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsinin və üzvlərin təşəbbüskarlığının artırılmasının vacibliyini də vurğulayıb.

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31