Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Yardımlı rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

YAP Yardımlı rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

21.10.2026 [12:44]

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatı üzrə 6 saylı Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) ərazi partiya təşkilatının fəallarının iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyulan prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyev və ərazi partiya təşkilatının fəal üzvləri iştirak ediblər.

Çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov Partiyanın VIII Qurultayında Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin və müəyyənləşdirilən prioritet vəzifələrin əhəmiyyətindən danışıb. O, qurultayda qarşıya qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsində partiya təşkilatlarının üzərinə düşən məsuliyyəti vurğulayaraq, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, üzvlər arasında siyasi maarifləndirmə işinin davam etdirilməsinin və dövlətçilik ənənələrinin təbliğinin vacibliyini qeyd edib. Anar Alışov, həmçinin partiya fəallarının ictimai-siyasi proseslərdə fəal iştirakının, milli maraqların qorunması və ölkəmizin inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrasına töhfə verməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Çıxış edən Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyev aqrar sahənin inkişafı, kənd təsərrüfatında səmərəliliyin artırılması və müasir yanaşmaların tətbiqinin əhəmiyyətindən bəhs edib. O, ölkədə həyata keçirilən inkişaf siyasəti çərçivəsində aqrar sahənin qarşısında duran vəzifələrə toxunaraq, bu istiqamətdə görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Şahlar Əliyev, həmçinin Partiyanın VIII Qurultayında müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsində hər bir partiya üzvünün fəallığının və məsuliyyətinin önəmini qeyd edib.

Tədbir çərçivəsində qurultayda səsləndirilən fikirlər, qarşıda duran vəzifələr və ərazi partiya təşkilatının fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31