Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəngilan müasir, iqtisadi cəhətdən fəal yaşayış məkanına çevrilir

Zəngilan müasir, iqtisadi cəhətdən fəal yaşayış məkanına çevrilir

21.10.2026 [14:06]

Bu gün Qalib Azərbaycan Respublikasının bütün vətənsevər insanları qürur dolu, sevincli günlərini yaşayır. Məhz ona görə ki, bir qərinəlik işğaldan sonra torpaqlarımız yağı düşməndən azad olunub. Ölkəmizin suverenliyi, ərazi bütövlüyü təmin olunub və Azərbaycan müstəqil dövlət olaraq mətin addımlarla irəliləyir, inkişaf edir və güclənir. Azad Qarabağda dalğalanan üçrəngli bayrağımız xoşbəxtlik, qürur və ləyaqət mənbəyimizdir.

Bu şərəfli Zəfər tariximizin mühüm mərhələlərindən biri də 2020-ci il oktyabrın 20-də Zəngilanın erməni işğalından azad olunması oldu. Digər şəhər və rayonlarımızın azad olunduğu günlər kimi, 20 oktyabr tarixi də Azərbaycan xalqının yaddaşına qürur, sevinc və sonsuz iftixar hissi ilə həkk olundu. Vətən müharibəsinin ilk günlərində Cəbrayıl istiqamətində əldə edilən hərbi uğurlar Azərbaycan Ordusunun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı və 1993-cü il oktyabrın 29-da işğal olunan Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 23-də Zəngilanda Azərbaycan bayrağını ucaltması rayonun həyatında yeni tarixi mərhələnin başlanmasının rəmzinə çevrildi. Vətən müharibəsinin gedişində mühüm strateji uğura imza atan Müzəffər Ordumuz Qubadlı istiqamətində irəliləyişə yol açmaqla yanaşı, Azərbaycanın cənub-qərb sərhədləri boyunca nəzarətinin bərpasında nail oldu.   

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş 20 Oktyabr-Zəngilan şəhəri günü hər il ölkə ictimaiyyəti tərəfindən təntənəli surətdə qeyd olunur.

Bu gün artıq azad nəfəs alan Zəngilan sürətlə yenidən qurulur. Dünya miqyasında unikal "Ağıllı kənd" kimi tanınan Ağalı kəndi, eləcə də Zəngilan şəhəri və Məmmədbəyli kəndi öz doğma sakinlərinə qovuşur.

Hazırda Zəngilanda dövlətimiz üçün prioritet olan quruculuq işləri böyük məsuliyyətlə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilana hər səfəri quruculuq işlərinin daha da intensivləşməsini təmin edir. “Ağıllı kənd” formatında qurulan Ağalıda dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, həmin xidmətlər üzrə mövcud resursların səmərəli istifadəsi və idarə olunması üçün zəruri infrastruktur yaradılıb. 2024-cü il mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilib. Zəngilanda pilot kənd təsərrüfatı layihəsi olan “Dost Aqropark” layihəsi fəaliyyət göstərir və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası, Arximed turbini tipli Su Elektrik Stansiyası istifadədir.

Zəngilanın inkişafını şərtləndirən əsas amillərdən biri onun mühüm geostrateji mövqeyidir. Şərqi Zəngəzurun əsas nəqliyyat qovşaqlarından birinə çevrilmək potensialına malik olan rayon Azərbaycanın regional və beynəlxalq nəqliyyat-logistika siyasətində xüsusi yer tutur. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu istiqamətində həyata keçirilən layihələr Zəngilanın strateji əhəmiyyətini daha da artırır və bu yollar azad edilmiş torpaqlara vətəndaşların gəlməsində, yüklərin daşınmasında böyük rol oynayacaq. Bu gün dəmir yolu xətti üzrə birinci mərhələnin böyük hissəsi tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. Zəngilan Zəngəzur dəhlizinə açılan qapı kimi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat və iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır.

 Rayonun bərpasında ekoloji təhlükəsizlik də mühüm istiqamətlərdən biridir. İşğal dövründə Oxçuçayın çirkləndirilməsi, təbii sərvətlərin, o cümlədən Vejnəli qızıl yatağının qanunsuz istismarına dair faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Zəngilanda həmçinin mədəni irsin bərpası istiqamətində addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi ilə XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi olan Zəngilan şəhər məscidinin bərpası və yeni məscid binasının inşası, tarixi-mədəni irsin qorunması, turizm infrastrukturunun yaradılması rayonun sosial-mədəni həyatının dirçəldilməsinə xidmət edir. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyini bərpa etməsindən sonra azad edilmiş ərazilərdə təhlükəsizlik və idarəetmə baxımından yeni şərait formalaşıb. Hazırda əsas prioritetlər təhlükəsiz yaşayış mühitinin möhkəmləndirilməsi, mina təhlükəsinin aradan qaldırılması, dayanıqlı məşğulluğun yaradılması və əhalinin doğma yurdlarına mərhələli qayıdışıdır.

Zəngilan şəhərində 2026-cı ildə 104 mənzilli ilk yaşayış kompleksinin açılışı olub, Zəngilana Böyük Qayıdış başlayıb və bu günədək Zəngilan şəhərinə 84 ailə, kəndlərə 413 ailə köçərək məskunlaşıb.

Ən əsası, Prezident İlham Əliyevin Zəngilanın regionun ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə bağlı müəyyənləşdirdiyi hədəf bu gün həyata keçirilən şəhərsalma layihələrində öz əksini tapır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il oktyabrın 30-da “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib ki, bu da Zəngilanın müasir, ekoloji baxımdan dayanıqlı və iqtisadi cəhətdən fəal yaşayış məkanına çevrilməsini təmin edəcək.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 35 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31