Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qubadlı – Zəfərlə başlayan yeni həyat

Qubadlı – Zəfərlə başlayan yeni həyat

21.10.2026 [14:34]

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı Toğrul Zeynalov

25 Oktyabr Qubadlı şəhərinin tarixində xüsusi yeri olan, xalqımızın yaddaşında qürur və Zəfər günü kimi yaşayacaq əlamətdar tarixdir. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun Vətən müharibəsində apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində Qubadlı şəhəri işğaldan azad edildi. Bununla da 27 ildən artıq davam edən işğala son qoyuldu və Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisəyə çevrildi. Qubadlı əməliyyatının hərbi baxımdan mühüm əhəmiyyəti var idi. Şəhərin azad olunması ilə Laçın istiqamətində hərəkət üçün əlverişli imkan yarandı və Azərbaycan Ordusunun Zəfər yürüşü daha da sürətləndi. Həmin gün Azərbaycan xalqına Qubadlı şəhərinin azad edilməsi barədə müjdə verilməsi Vətən müharibəsinin ən yaddaqalan anlarından biri oldu. Bu Qələbə Azərbaycan əsgər və zabitlərinin yüksək döyüş ruhunun, peşəkarlığının və Vətən sevgisinin növbəti parlaq göstəricisi idi. Qubadlı uğrunda döyüşlərdə canından keçən şəhidlərimizin qəhrəmanlığı isə bu tarixin ən müqəddəs səhifələrindəndir.

İşğal illərində Qubadlı şəhəri və rayonun kəndləri düşmən tərəfindən böyük dağıntılara məruz qalmış, yaşayış məntəqələri, sosial obyektlər və tarixi-mədəni irs nümunələri ciddi şəkildə zədələnmişdi. Doğma yurdlarından didərgin düşən qubadlılılar uzun illər ərzində öz torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar. Zəfərdən sonra isə bu arzu reallığa çevrildi və Qubadlıda yeni həyatın təməli qoyuldu. Bu gün şəhərdə və rayonun yaşayış məntəqələrində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yollar, mühəndis-kommunikasiya sistemləri və sosial infrastruktur yenidən qurulur. Qubadlı şəhərində yaşayış məhəlləsinin, inzibati binanın, məktəbin və Mərkəzi Xəstəxananın yaradılması, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi şəhərin gələcək inkişafının sistemli şəkildə planlaşdırıldığını göstərir. Prezident İlham Əliyevin Qubadlıya səfərləri zamanı burada görülən işlərlə tanış olması və müvafiq tapşırıqlar verməsi dövlətin bu bölgənin inkişafına xüsusi diqqət göstərdiyini nümayiş etdirir. Qubadlının bərpası təkcə dağıdılmış şəhərin yenidən qurulması deyil, həm də insanların doğma yurda qayıdışının, normal və təhlükəsiz yaşayışın təmin edilməsidir.

25 Oktyabrın Qubadlı şəhəri günü kimi təsis edilməsi bu mühüm tarixi hadisənin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabrın hər il Qubadlı şəhəri günü kimi qeyd olunması qərara alınıb. Bu tarix artıq yalnız Qubadlının azad edildiyi gün deyil, həm də şəhidlərimizin müqəddəs xatirəsinin yad edildiyi, qazilərimizin qəhrəmanlığının ehtiramla anıldığı və Böyük Qayıdışın yaratdığı yeni reallıqların nümayiş etdirildiyi gündür. Qubadlı bu gün keçmişin dağıntıları ilə deyil, gələcəyə hesablanmış quruculuq işləri ilə gündəmə gəlir. Vaxtilə işğal nəticəsində xarabalığa çevrilmiş şəhərdə indi müasir yaşayış və sosial infrastruktur formalaşdırılır. Qarşıdakı illərdə Qubadlının öz tarixi simasını qoruyaraq müasir və abad şəhər kimi inkişaf etdirilməsi qarşıya mühüm məqsədlər qoyur. Ən əsası isə Qubadlının dirçəlişi xalqımızın torpaqlarına bağlılığının və dövlətimizin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində apardığı ardıcıl siyasətin bariz nümunəsidir. 25 Oktyabr Qubadlının işğaldan azad edildiyi gün olmaqla yanaşı, onun yeni həyatının başlanğıcını simvolizə edən tarix kimi bundan sonra da böyük qürur hissi ilə qeyd olunacaq.

Paylaş:
Baxılıb: 19 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31