Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ərazi partiya təşkilatlarında görüşlər davam edir

Ərazi partiya təşkilatlarında görüşlər davam edir

21.10.2026 [14:56]

Memarı Ümummilli Lider, Dahi Rəhbər Heydər Əliyev olan, “Qələbələr Partiyası” adlanan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının böyük mütəşəkkilliklə keçirilməsi təkcə ölkəmiz üçün deyil, bütün bölgə üçün böyük önəm daşıyan bir hadisə oldu.

Partiyamızın Ali Orqanında Azərbaycan Respublikasının Prezidenti,  Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları tapşırıq və tövsiyyələrlə zəngin olan, dərin məzmunlu, proqram xarakterli nitq söylədi.

Qurultaydan sonra respublikamızın şəhər və rayonlarında Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatlarında Qurultayın yekunlarına həsr olunmuş görüşlər keçirilir.

Növbəti görüşlər YAP Qazax rayon təşkilatının Magistral Qaz Kəmərləri idarəsi, Daş Salahlı kənd 2 saylı tam orta məktəb, Daş Salahlı kənd 1 saylı tam orta məktəb ərazi partiya təşkilatlarında və YAP Tovuz və Qazax rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ərazi partiya təşkilatlarında keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə Möhtərəm Prezident İlham Əliyev cənablarının Qurultaydakı proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə olunmuş nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, tapşırıqlardan ətraflı danışılıb. Möhtərəm Prezident İlham Əliyev cənablarının proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı rayon təşkilatı sədrləri tərəfindən partiya üzvlərinə lazımı tapşırıq və tövsiyyələr verilib.

 Görüşlərdə çıxış edən partiya üzvləri Möhtərəm Prezident,  Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının Qurultaydakı nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31