İmamverdi İsmayılov ilk dəfə səs verəcək Qubadlı seçiciləri ilə görüşüb
13.10.2015 [09:45]
Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində namizədlərinin seçicilərlə görüşü davam edir. Dünən 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının parlament seçkilərində namizədi İmamverdi İsmayılovun Sumqayıt şəhərində yerləşən 1 saylı tam orta məktəbin akt zalında Qubadlı rayonundan olan ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev ölkəmizin mühüm siyasi hadisə - parlament seçkiləri ərəfəsində olduğunu deyib və Qubadlı rayonunun ictimaiyyətinin də bu prosesdə fəal iştirakından bəhs edib. Natiq vurğulayıb ki, YAP tərəfindən 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizədliyi irəli sürülən İmamverdi İsmayılov hər zaman rayon sakinlərinin problemlərinin həlli istiqamətində yüksək fəaliyyəti ilə seçilib. A.Haqverdiyev Qubadlı seçicilərinin bu dəfə də YAP-ın namizədinə etimad göstərəcəklərinə əminliyini bildirib.
Çıxış edən YAP-ın parlament seçkilərindəki namizədi İmamverdi İsmayılov tədbirdə iştirak edən gənclərlə görüşündən məmnunluğunu ifadə edib. Qubadlı rayonundan olan gənclərin hər zaman siyasi proseslərdə fəal iştirakına toxunan İ.İsmayılov dövlətimizin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı yüksək səviyyəli Dövlət proqramları həyata keçirdiyini diqqətə çatdırıb. İ.İsmayılov millət vəkili kimi əsas fəaliyyətinin yurd-yuvasından didərgin düşmüş məcburi köçkün və qaçqınların problemləri ilə bağlı olduğunu söyləyib: “Mən 4 dəfə bu dairəni Milli Məclisdə təmsil etmişəm. Mənim fəaliyyətimə seçicilərim qiymət verirlər. Onlar dörd seçkidir ki, bu fəaliyyəti dəyərləndiriblər, mənə etimad göstəriblər. İnanıram ki, Qubadlı gəncləri bir nəfər kimi qarşıdan gələn seçki prosesində də aktiv iştirak edəcəklər və öz namizədlərini dəstəkləyəcəklər. Seçiləcəyim təqdirdə daha beş il ölkəmizin iqtisadi, siyasi inkişafının güclənməsinə xidmət göstərəcəyəm. Hörmətli seçicilərimiz YAP-ın namizədlərini dəstəkləyəcəkləri təqdirdə bu işlər davam etdiriləcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38

