Saatlı seçiciləri Əhliman Əmiraslanova səs verəcəklər
15.10.2015 [10:25]
Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanov Saatlı rayonunun Varxan kəndində seçicilərlə görüşüb
Yeni Azərbaycan Partiyasının (YAP) 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclisə seçkilərdə namizədi Əhliman Əmiraslanov seçiciləri ilə növbəti görüşünü Saatlı rayonunun Varxan kəndində keçirib. Rayon sakinlərinin böyük maraq göstərdiyi görüş yüksək əhval-ruhiyyə və qələbəliklə baş tutub.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb.
O, bütün seçiciləri bir daha akademik Əhliman Əmiraslanova səs verməyə çağırıb. Sonra çıxış edən YAP-ın 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanovun vəkilləri də ölkəmizdə əldə olunmuş iqtisadi nailiyyətlər, həyata keçirilən uğurlu siyasət, regionların inkişafı haqqında danışıb, həmçinin akademik Əhliman Əmiraslanovun həyat və fəaliyyəti haqqında məlumat veriblər.
Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanov isə çıxışına onunla görüşə gəlmiş bütün seçicilərə təşəkkürünü bildirərək başlayıb. O, daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb. Akademikin sözlərinə görə, əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs Azərbaycana çox böyük uğurlar qazandırıb.
YAP-ın 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanov yenidən millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərdən də danışıb.
Sonra seçicilər çıxış edərək qeyd ediblər ki, bu illər ərzində Əhliman Əmiraslanov həmişə seçicilərinin dərdinə şərik olub. Mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib, insanları narahat edən məsələlərin həllində onlara yaxından kömək göstərib. Görüşə toplaşanlar vurğulayıblar ki, Ə.Əmiraslanov dəfələrlə ağır xəstəliyi olan seçicilərin cərrahi əməliyyatını təşkil edib, aztəminatlı ailələrə köməyini əsirgəməyib. Görüşdə seçicilərin mövqeyi eyni olub - onlar birmənalı olaraq qarşıdan gələn parlament seçkilərində də öz deputatları Əhliman Əmiraslanova səs verəcəklərini deyərək ona uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

