Pirallahıda Milli Qurtuluş Günü qeyd olunub
14.06.2016 [10:31]
Dünən Pirallahı rayon Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, Pirallahı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatları Rauf Əliyev, Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə çıxış edərək ötən əsrin 90-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyununda respublikamızda yaranmış ağır ictimai-siyasi vəziyyətdən, belə bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz əbədiyaşarlıq qazanıb, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin formalaşması sahəsində böyük işlər görülüb.
Vurğulanıb ki, Ulu öndərin gördüyü nəhəng işlər, Onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
V.İmanov ölkəmizdə bütün sahələrdə qazanılmış nailiyyətlərdən, eləcə də son vaxtlar Pirallahıda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb.
Milli Məclisin deputatı Rauf Əliyev çıxışında 15 iyun - Milli Qurtuluş Gününün Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildiyini qeyd edib. R.Əliyev vurğulayıb ki, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Ulu öndərin Öz xalqının təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtması, Onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi: “Bu fikirlər Milli Məclisin qərarında da öz əksini tapıb. Həmin vaxtdan etibarən xalqımız 15 iyun gününü bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ulu öndər sözün əsl mənasında Azərbaycanı məhv olmaq təhlükəsindən qurtararaq, gələcəyə inamla baxan güclü bir dövlətə çevirdi, azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəylik yaradılması istiqamətində ardıcıl addımlar atdı. Onun nəticəsidir ki, bu gün Azərbaycan regionda irimiqyaslı layihələrə imza atır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, idman yarışlarının təşkilatçısı kimi göstərilir”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirən Vüqar Rəhimzadə qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib: “Ümummilli liderimiz uzaqgörən və müdrik siyasəti ilə xalqımızı, dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi. Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, separatçı qüvvələr zərərsizləşdirildi, ictimai-siyasi sabitlik bərpa olundu, demokratik dövlət quruculuğu prosesinə başlanıldı. Ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin qurulmasında dönüş yarandı”.
Media Qrupun rəhbəri əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib: “Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanın inkişafını daha da sürətləndirib. Bu isə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamlığından xəbər verir”.
Tədbirin sonunda Pirallahı rayon orta məktəb şagirdlərinin, “Çobanyastığı” körpələr evi-uşaq bağçası və Uşaq Yaradıcılıq Mərkəzi yetirmələrinin çıxışları mərasimə xüsusi rövnəq qatıb. 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbirinə Şuşa Dövlət Musiqili Dram teatrının mərhum Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırladığı eyniadlı musiqili ədəbi-bədii kompozisiya ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

