Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qobustanda təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Qobustanda təbliğat-təşviqat kampaniyası uğurla davam edir

24.03.2018 [10:15]

Qobustanda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. Növbəti görüş ötən gün rayonun Qurbançı kəndində keçirilib.
Tədbiri YAP Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Füzuli Gülaliyev açaraq cənab İlham Əliyevin 15 illik fəaliyyətindən, bütün sahələrdə sosial-iqtisadi inkişafdan, siyasi sabitlikdən, Ulu öndər Heydər Əliyev dühasından bəhrələnən bugünkü qüdrətli Azərbaycandan, sabahkı firavan gələcəyimizə hesablanan ardıcıl siyasətdən danışıb. F.Gülaliyev regionların sosial-iqtisadi inkişafından danışaraq qeyd edib ki, Qobustan rayonu da gündən-günə böyüyür, abadlaşır, regionda abad guşələrdən birinə çevrilir.
Görüşdə çıxış edən təbliğat qrupunun üzvü Yusif Quliyev əminliklə bildirib ki, ölkəmizin dünyada nüfuzunun artması cənab İlham Əliyevin qətiyyətinin nəticəsidir.
Çıxış edən YAP fəallarından Ənvər Əsədov qobustanlıları bu seçkidə də düzgün seçim edərək cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən Cəmşid Səftərov, Rafiq Vəliyev, Ağasəf İsgəndərov və digərləri birmənalı şəkildə bildiriblər ki, 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək güclü dövlət, xoşbəxt gələcək naminə cənab İlham Əliyevə səs verəcəklər.

Paylaş:
Baxılıb: 671 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30