Qazax rayonunun İkinci Şıxlı və Məzəm kəndlərində seçicilərlə görüş keçirilib
24.03.2018 [10:17]
Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dünən Qazax rayonunda da YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlər keçirilib. İkinci Şıxlı və Məzəm kəndlərində keçirilən görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov əminliyini ifadə edib ki, dövlətə və dövlətçiliyə sədaqəti ilə fərqlənən Qazax seçicilərinin prezident seçkiləri günü seçimi Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev olacaq: “Cənab İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 15 ildə bütün sahələr paralel şəkildə inkişaf edib. Təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs uğurla davam etdirilib. Mən əminəm ki, aprelin 11-də seçicilərimiz ölkəmizin inkişafının təminatçısı cənab İlham Əliyevə səs verəcəklər”.
Tədbirlərdə çıxış edən Milli Məclisin deputatı Kamran Nəbizadə bildirib ki, cənab İlham Əliyev ötən 15 ildə hər bir azərbaycanlının Prezidenti olub: “Bu gün biz verilən vədlərin əməli nəticəsini görürük. Azərbaycanın hər bir vətəndaşının maddi rifah halı yüksəlib, məvaciblər artırılıb, həyat səviyyəsi yüksəlib. Mən bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Tədbirdə çıxış edən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov bildirib ki, son 15 ildə ölkəmizdə iki milyona yaxın yeni iş yerləri açılıb, regionların inkişafında müsbət irəliləyişə nail olunub. Bildirilib ki, regionlarda sahibkarlara edilən yardımlar, ayrılan subsidiyalar, qəbul olunmuş Dövlət Proqramı bir daha sübut edir ki, Prezident İlham Əliyevin hədəfi yalnız ölkəmizin inkişafıdır.
Görüşdə çıxış edən YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Qazax rayon təşkilatının seçki qərargahının üzvü Anar Nəbiyev və başqaları bütün seçiciləri aprelin 11-də Azərbaycanı inkişafa aparan liderə - Prezident İlham Əliyevə səs verməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51

