Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevi dəstəkləyəcək
24.03.2018 [10:22]
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsində 11 apreldə keçiriləcək prezident seçkiləri ilə bağlı seçicilərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov xatırladıb ki, artıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən prezident seçkilərinə az vaxt qalıb. Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürüb: “Şübhə yoxdur ki, partiyamızın bu qərarı xalqımızın istək və arzularından irəli gəlir. Bu qərar Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin mövqeyini və iradəsini ifadə edir. Çünki Prezidentimizin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib. Azərbaycan 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi nailiyyətlər qazanıb. Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb”.
Millət vəkili deyib ki, cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlər real həyatda öz əksini tapıb. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. “Mən bir daha sizləri bir vətəndaş olaraq konstitusion hüquqlarınızdan istifadə edərək Azərbaycan dövlətinin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçkilər prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış cənab İlham Əliyevə səs verməyə çağırıram. Biz inanırıq ki, Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevi dəstəkləyəcək, Azərbaycanın daha da güclənməsinə səs verəcək”, - deyə millət vəkili A.Hüseynov vurğulayıb.
Görüşdə çıxış edən Seçki Qərargahının üzvü Xaliq Məmmədov, Canməmməd Şamilov, Pakizə Əliheydərova və digərləri seçiciləri qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar. Qeyd olunub ki, İlham Əliyevə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə səs vermək deməkdir.
Xəbər lenti
Hamısına baxSosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23

