Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Təhsil işçiləri cənab İlham Əliyevi dəstəkləyirlər

Təhsil işçiləri cənab İlham Əliyevi dəstəkləyirlər

29.03.2018 [10:39]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı rayonun təhsil işçiləri ilə görüş keçirib. YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşdə təhsil işçiləri ilə yanaşı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Nəsimi rayon təşkilatı seçki qərargahının üzvləri də iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycan mühüm nailiyyətlər əldə edib. Ölkəmiz istər daxili, istərsə də xarici arenada strateji uğurlar qazanıb: “Vətəndaşlarımız bu uğurları öz həyatlarında hiss edirlər və inanırıq ki, hər bir seçici bu inkişafın davamlı olması üçün 11 apreldə seçki məntəqələrinə gedəcək və cənab İlham Əliyevə səs verəcək. Mən seçiciləri 11 aprel tarixində seçki məntəqələrinə gəlməyə və liderimiz cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Görüşdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının tətbiqi ilə həyata keçirilən islahatlardan danışıb. Natiq bu uğurların davamlı olması üçün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Daha sonra çıxış edən təhsil işçiləri bu seçkilərdə də cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib, aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30