YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
18.04.2019 [09:58]
Aprelin 17-də Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfransda YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, Milli Məclisin deputatı Ağacan Abıyev, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və YAP Suraxanı rayon təşkilatının üzvləri iştirak ediblər.
Əvvəlcə YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin IV konfransından ötən dövr ərzində gördüyü işlərlə bağlı hesabat xarakterli videoçarx nümayiş olunub.
Tədbiri açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Yeni Azərbaycan Partiyasının təkcə Azərbaycanın deyil, regionun ən nəhəng, aparıcı siyasi qüvvəsi olduğunu diqqətə çatdırıb. Dövlətin gənclərə qayğısından bəhs edən V.Seyidov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin uğurla davam etdirildiyini bildirib.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının gənc üzvləri dövlətin gənclərə diqqət və qayğısından, rayonda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şəraitdən bəhs ediblər.
Tədbirdə çıxış edən millət vəkili Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir. Onun sözlərinə görə, ölkəmizdə gənclərin özünü ifadə etmələri üçün lazımi şərait yaradılır, gənclər parlamentdə, dövlət qurumlarında, bələdiyyələrdə geniş təmsil olunurlar. S.Fətəliyeva həmçinin gənclərə məsuliyyətli olmağı, informasiya mühitindən daha səmərəli istifadə etməyi, vətənpərvər, dövlətə sadiq olmağı tövsiyə edib.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, Suraxanı rayonunun gəncləri həm intellektual, həm də siyasi cəhətdən kifayət qədər fəaldırlar.
Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov da Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, gənclərimizin qazandıqları nailiyyətlərdən danışıb.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən, bu istiqamətdə ardıcıl tədbirlər görülməsindən danışıb. Onun sözlərinə görə, Ulu Öndərin siyasəti bu gün də davam etdirilir, dövlət qurumlarında gənclər irəli çəkilirlər, onlara daim diqqət və qayğı göstərilir.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin tərkibi müəyyənləşib. Səsvermə nəticəsində Fərəh Məcidzadə YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDiaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42

