YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlıda növbəti humanitar-sosial aksiya keçirib
30.04.2019 [09:50]
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində növbəti humanitar-sosial aksiya keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cocuq Mərcanlıya təşkil edilən səfərdə YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvləri, partiya fəalları, tələbələr və gənc könüllülər iştirak ediblər. Səfərin iştirakçıları əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla anıblar.
Cocuq Mərcanlı kəndinə gələn YAP fəalları və gənclər burada şam ağacları əkiblər. Sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib. Qonaqlara işğal olunmuş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq aparılan tikinti-quruculuq işləri, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
YAP Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov Cocuq Mərcanlıya qayıdışın Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti sayəsində mümkün olduğunu diqqətə çatdırıb. O, hazırda işğal altında olan bütün ərazilərimizin azad olunacağına, cocuq mərcanlılılar kimi digər məcburi köçkünlərin də öz doğma torpaqlarına qayıdacaqlarına əminliyini bildirib.
Qonaqlar məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə həmsöhbət olublar. Kənd uşaqlarına 100 dəst geyim, məktəb ləvazimatı, oyuncaqlar, bədii kitablar və dərsliklər hədiyyə edilib.
YAP gəncləri Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gəlib, burada şəhidlərin ruhuna dua oxuyublar. Sonra kənddəki Qayıdış parkını gəzib, istixanalarla tanış olublar. Gənclər Cocuq Mərcanlıdan xoş təəssüratlarla ayrılıblar.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

