YAP-ın namizədləri bələdiyyə seçkilərini qələbə ilə başa vuracaqlar
04.12.2009 [09:32]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yardımlı rayonunun Bozayran, Köryədi və Sırıq kəndlərinin seçiciləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla bağlı həyata keçirdiyi işlər haqqında ümumi məlumat verib. Natiq qeyd edib ki, ötən müddət ərzində özünüidarəetmə orqanlarına namizədliyini irəli sürmüş YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib, onlara bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti barədə geniş məlumat verilib.
“Yardımlı seçiciləri YAP-ın namizədlərinə səs verəcək”, - deyən M.Mirzəyev Yardımlı rayonu üzrə YAP-ın 260 üzvünün namizədliyinin irəli sürüldüyünü deyib: “Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərilə bağlı konsepsiyasına uyğun olaraq, qadınların və gənclərin namizədliklərinin irəli sürülməsinə xüsusi diqqət yetirilib”.
çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Mirkazım Kazımov bələdiyyələrin yarandığı gündən ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynadığını deyib. Mirkazım Kazımov onu da vurğulayıb ki, 23 dekabrda keçiriləcək seçkilərə hazırlıq partiya üzvləri qarşısına çox ciddi vəzifələr qoyur: “Yeni Azərbaycan Partiyası cəmiyyətdə böyük nüfuza və dəstəyə malikdir və qarşıdakı bələdiyyə seçkilərinin nəticəsi də bu fikrin heç bir isbata ehtiyacı olmadığını göstərəcək”.
YAP Yardımlı rayon təşkilatının fəallarından olan, bələdiyyə seçkilərinə namizəd kimi qatılan Aygün Hadıyeva isə son illər rayonda aparılan quruculuq-abadlıq işlərindən danışıb. Bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində oynadığı rola toxunan natiq bildirib ki, zaman keçdikcə öz fəaliyyətini və strukturunu təkmilləşdirən bu qurum artıq həmin məsələlərin həllində həlledici qüvvə kimi çıxış etmək əzmindədir.
YAP seçki qərargahının Yardımlı rayon şöbəsinin üzvü Araz Abdulov isə rayon sakinlərinin bu dəfə də YAP namizədlərinə səs verəcəklərini söyləyib.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

