Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyinin ənənəvi debat klubuna yenidən start verilib

YAP Gənclər Birliyinin ənənəvi debat klubuna yenidən start verilib

26.10.2019 [09:57]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ənənəvi debat klubuna yenidən start verilib.
YAP Gənclər Birliyi Ofisinin rəhbəri Fərid Nəsibov bu debatların önəmli olduğunu bildirib. Onun sözlərinə görə, bu gün sosial şəbəkələrdə gedən müzakirələrdə birbaşa debat mədəniyyəti lazımdır ki, opponentə tutarlı, mədəni cavab verilsin. Eyni zamanda, ölkə rəhbərliyinin son günlərdə apardığı islahatlar da onu göstərir ki, gənclərə xüsusi diqqət və önəm verilir.
Bu baxımdan, partiya rəhbərliyi də daim gənclərə xüsusi diqqət göstərib, hər zaman ölkənin istər parlament, istərsə də bələdiyyə seçkilərində partiya gənclərinə etimad göstərib. Təbiidir ki, seçkilər zamanı opponentlərlə müəyyən müzakirələr aparmaq və onlarla debata çıxmaq zəruridir. Bu baxımdan, YAP gənclərinin təşkil etdiyi ənənəvi debat klubunun böyük faydası olacaq.
Layihənin rəhbəri, YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə debat mədəniyyəti, debat texnikası barədə məlumat verib. Qeyd edib ki, qeydiyyatdan 200-dən çox şəxs keçib, 2 mərhələli müsahibədən isə 50 nəfər seçilərək təlimlərə qoşulub.
Sonda isə xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 709 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30