/ / YAP Suraxanı və Xəzər rayon təşkilatlarının qadınları “Pandemiya dövründə vətəndaş məsuliyyəti” mövzusunda birgə tədbir keçirib
YAP Suraxanı və Xəzər rayon təşkilatlarının qadınları “Pandemiya dövründə vətəndaş məsuliyyəti” mövzusunda birgə tədbir keçirib
12.09.2020 [00:06]
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı və Xəzər rayon təşkilatlarının Qadınlar şuraları “Pandemiya dövründə vətəndaş məsuliyyəti” mövzusunda birgə videokonfrans keçirib.
Videokonfransı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bildirib ki, bu gün bütün dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Onun sözlərinə görə, Azərbaycanda da pandemiyaya qarşı güclü mübarizə aparılır: “Bu istiqamətdə aparılan mübarizə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətindədir. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə olunub”.
YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva isə deyib ki, koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezident İlham Əliyev ölkə vətəndaşlarının təhlükəsizliyi və sağlamlığının qorunmasını əsas vəzifə kimi qarşıya qoyub, bütün diqqəti bu məsələyə yönəldib: “Dövlət başçısının birbaşa göstərişi və imzaladığı sənədlər əsasında əhalinin sağlamlığının qorunması ilə bağlı tədbirlər görülüb, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başlayıb, karantin zonaları yaradılıb, müasir tibb müəssisələri ayrılıb, yeni xəstəxanalar inşa edilib, zəruri tibbi avadanlıqlar alınıb”.
Tədbirdə, həmçinin YAP Suraxanı rayon təşkilatının sədr müavini Ceyran Novruzova, YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva və YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini İlhamə Cabbarova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, dövlətimizin pandemiyaya qarşı apardığı sistemli mübarizə nəticəsində yoluxma sayında azalma müşahidə olunur. Bu səbəbdən də karantin rejimi tədricən yumşaldılır. Sentyabrın 15-dən müvafiq qaydalar əsasında tədrisə başlanması barədə qərarın verilməsi, iaşə obyektlərinin faəliyyətinə icazə verilməsi də buna nümunədir. Bununla belə çıxış edənlər bildiriblər ki, koronavirusla mübarizədə vətəndaş məsuliyyəti ön sırada dayanır. Hər bir vətəndaş virusun yayılmaması üçün mövcud qaydalara və tövsiyələrə ciddi şəkildə əməl etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

