Xocalı soyqırımı qurbanlarına vəfa borcumuz sonsuzdur
27.02.2021 [09:29]
Elmar Məmmədov
Yeni Azərbaycan Partiyası Gənclərlə iş qrupunun rəhbəri
Azərbaycanın tarixində şanlı qələbələrlə yanaşı, hüznlü günləri də az olmayıb. Tariximizə faciə kimi daxil olan bu günlər kiçikdən böyüyə hər birimizin ürəyində dərin yaralar açıb desək, yanılmarıq. Xalqımızın başına gətirilən belə müsibətlərdən biri də yaxın tariximizə soyqırımı kimi daxil olmuş Xocalı faciəsidir. Erməni qəsbkarlarının Xocalıda əliyalın insanlara qarşı törətdikləri vəhşiliklər əlbəttə ki, faciədən daha çox soyqırımıdır. Xocalı soyqırımı nəinki azərbaycanlılara bütövlükdə insanlığa qarşı törədilmiş bəşəri cinayət, XX əsrin silinməz ləkəsidir.
Məlum olduğu kimi, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış etmişlər. Bu tarix heç bir sözün ifadə edə bilmədiyi bir anlama şahidlik edən, bəşəriyyətin zamanın sonunadək ən böyük utanc duyacağı dəhşətlərin, foto və videolentlərini görənlərin baş verdiyinə inanmaq istəmədiyi faciənin tarixin yaddaşına qara hərflərlə yazdığı bir gündür. Həmin gün insanlıqdan çıxmış, qandan bəslənən murdar qonşularımız qanlı havadarlarının köməyi ilə Azərbaycan türklərinə, xocalılara qarşı növbəti insanlıq dramı yaşatdılar. Erməni terror birləşmələri Rusiyaya məxsus 366-cı motoatıcı diviziya ilə birlikdə 7 min əhalisi olan Xocalı şəhərinə hücum etdilər. Köməksiz vəziyyətdə qalmış insanlara qarşı xüsusi qəddarlıq və amansızlıqla soyqırım aktı törətdilər.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı qətliamı kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Dünya artıq qəbul edir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Artıq o gün gəldi ki, Ermənistan otuz iki ildən bəri Azərbaycan xalqına gətirdiyi faciələrin və torpaq işğalının bədəlini ödədi. Əliqanlı qatillər döyüş meydanında Azərbaycan əsgərinin “dəmir yumruğ”u ilə Xocalıda törətdikləri vəhşiliklərə görə cavab verdilər. 44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə 29 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı. Şanlı Vətən müharibəsində XXI əsrin müharibəsinin döyüş taktika və strategiyasını çaldığı zəfərlə nümayiş etdirən Azərbaycan Ordusu havadarları hesabına Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi qovdu. Bir gündə Xocalını qana boyayan, şəhəri yandırıb külə döndərən erməni vəhşiləri Ali Baş Komandan İlham Əliyevin bu sözlərini heç vaxt unutmayacaqlar: «44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir.»
Bəli, Prezident, Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardıqları təbliğatı döyüş meydanında, düşməni təslimçiliyə məcbur etməklə davam etdirən, «qana-qan» deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə dalğalandırdıqları üçrəngli bayraqlarımız soyqırımı qurbanlarına xalqımızın vəfa borcudur. Ancaq qisas bununla bitmir. İnşallah Xocalıda vəhşilik edənlərin hamısı haqlı cəzalarına yetişəcəklər. Buna az qalıb. Biz Azərbaycan gəncləri olaraq erməni vandallarının bu antiinsani əməllərini heç vaxt unutmamalı, soyqırımı qurbanlarının xatirəsini daim uca tutmalıyıq.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

