“The Guardian” YAP haqqında böhtan yazısına görə təkzib verməlidir
15.04.2021 [08:53]
“The Guardian” qəzetinin elektron saytında Erre Galvezin müəllifi olduğu “Facebook” bizim kimi ölkələrlə maraqlanmır”: Azərbaycan troll şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlövhəli məqalə dərc edilmişdir.
www.yap.org.az saytı xəbər verir ki, məqalədə bütün məlumatlar birtərəfli, araşdırma və yoxlama aparılmadan, ittiham olunan tərəfin mövqeyi dinlənilmədən, balans qorunmadan dərc olunmuşdur. Çünki müəllif, ancaq Azərbaycanda radikal müxalifətin nümayəndələrinə və müxalif “Azad söz” “facebook” səhifəsində aparılmış “araşdırmaya” istinad edib. Bununla da, məqalə müəllifi jurnalistikanın məsuliyyətlilik, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərini pozub.
Məqalədə ədalətin pozulması, şəxsi mənfəət, tərəfkeşlik, qərəz, siyasi diskriminasiya, kompilyativ elementlər açıq şəkildə görünməkdədir. Müəllifin deyilən ittihamlara münasibət bildirməsi üçün Yeni Azərbaycan Partiyasına (YAP) şərait yaratmaması, qeyri-peşəkar davranması, Azərbaycanın iqtidar partiyasının imicini bilərəkdən ləkələmək məqsədilə böhtan xarakterli informasiyaları dərc etməsi beynəlxalq jurnalistikanın etik normalarının, beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir.
“The Guardian” qəzetinin redaksiyasının diqqətinə çatdırırıq ki, Yeni Azərbaycan Partiyasının 760 mindən çox üzvü var. Bu üzvlərin 300 minə qədəri gənclərdir. YAP-ın bu qədər üzvünün olması partiyanın troll qrupları saxladığını deməyə əsas vermir. YAP-ın və partiya Sədri Prezident İlham Əliyevin bu qədər partiya üzvü tərəfindən dəstəklənməsinə troll adının verilməsi də siyasi və hüquqi məsuliyyət kəsb edir. Rəsmən bəyan edirik ki, “Azad söz” “facebook” səhifəsində 06.03.2021-ci il tarixində dərc olunmuş postda rəyləri əks olunan feyk səhifələrin də YAP-a aidiyyəti yoxdur. Biz ehtimal edirik ki, bu saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün müxalifət tərəfindən hazırlanıb. Digər tərəfdən, “Azad söz” “facebook” səhifəsində yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur.
Bildiririk ki, Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə də “facebook” üzərindən troll şəbəkəsini Azərbaycan Xalq Cəbhəsi Partiyası yaradıb. Bu gün ən böyük troll şəbəkəsinə məhz onlar sahibdirlər. Bu faktı AXCP sədri Əli Kərimlinin müavini olmuş, hazırda müxalif Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də təsdiqləyib. O, 2014-cü ildə mətbuat konfransında deyib ki, təkcə Əli Kərimli və onun müavinlərinin yüzlərlə “saxta “facebook” profillər”i var. AXCP-də partiya funksionerlərinə “facebook”da yüzlərlə saxta profil yaratmaq tapşırılıb: “Bəzilərinin 100-110 saxta profili var idi. “Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın rəyasət heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var”. https://www.youtube.com/watch?v=0fqWdbldBUg
ABŞ-da yaşayan müxalif jurnalist İsmayıl Cəlilovun, Sevinc Osmanqızının da etirafları var ki, AXCP trolları onları təhqir edir, hətta öldürəcəklərini, çökdürəcəklərini, bildirir, təhdid edirlər.
https://www.facebook.com/NAPYouthUnion/videos/294010318130821
https://www.facebook.com/NAPYouthUnion/posts/2470090289804049
AXCP-nin üzvü olmuş Qorxmaz Əliyev, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ənnağı Hacıbəyli, müxalif REAL Partiyasının sədri İlqar Məmmədov, Aydın Kərimov və başqaları da AXCP trollarının təhqirlərinə məruz qalıblar.
https://www.facebook.com/NAPYouthUnion/posts/2211323169014097
https://www.facebook.com/NAPYouthUnion/posts/1894998330646584
AXCP və Əli Kərimli troll qruplarından siyasi rəqiblərinə qarşı “mənəvi terror” silahı kimi istifadə edir.
https://www.facebook.com/NAPYouthUnion/posts/1976274495852300
AXCP-nin və Əli Kərimlinin şəxsi maraqlarına uyğun olmayan insanlar təhqir olunur, onların şəkilləri, videoları “Azadlıq” qəzetinin, AXCP, AXCP GK “facebook” səhifələrində paylaşılır və trollar vasitəsilə təhqir olunur. AXCP ali məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səsyazısı da Əli Kərimlinin troll şəbəkəsini ifşa edir.
https://www.facebook.com/NAPYouthUnion/posts/1891600880986329
Bu linklərin hər biri AXCP-nin və Əli Kərimlinin böyük troll - “təhqir maşını”na sahib olduğunu isbatlayır. Bu baxımdan hesab edirik ki, “The Guardian” qəzetinin YAP haqqında yazdığı böhtan, şər AXCP-nin və Əli Kərimlinin troll şəbəkəsini ifşa etdiyi üçün YAP-a qarşı aparılan “qara piar” kampaniyasının tərkib hissəsidir.
Bir sözlə, AXCP-nin troll fəaliyyətini ifşa edən faktlar çoxdur. “The Guardian” qəzeti obyektiv araşdırmalar aparmaqla dəqiq və düzgün qənaətə gələ bilər. Bu kontekstdə “The Guardian” qəzetinin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş məlumatları yoxlamadan, dəqiqləşdirmədən dərc etməsi beynəlxalq məhkəmə predmetinə çevrilməkdədir. Bu səbəbdən də “The Guardian” qəzetinin rəhbərliyindən tələbimiz ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası haqqında yazılan birtərəfli, böhtan xarakterli məlumatlara görə beynəlxalq jurnalistikanın etik qaydalarına və beynəlxalq qanunların tələblərinə uyğun olaraq rəsmi üzrxahlıq edilsin, təkzib çap olunsun.
Xəbər lenti
Hamısına baxElm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51

