Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Göygöl rayon təşkilatı “Şuşa Bəyannaməsi Qafqazın inkişafına mühüm töhfə verəcək” mövzusunda tədbir keçirib

YAP Göygöl rayon təşkilatı “Şuşa Bəyannaməsi Qafqazın inkişafına mühüm töhfə verəcək” mövzusunda tədbir keçirib

24.06.2021 [09:14]

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Göygöl Suvarma Sistemlər İdarəsi ərazi ilk partiya təşkilatında “Şuşa Bəyannaməsi Qafqazın inkişafına mühüm töhfə verəcək” mövzusunda tədbir keçirilib.
YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov bildirib ki, 15 iyun 2021-ci il tarixində imzalanan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Qafqaz regionunda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində xüsusi rola malik olacaq.
YAP Göygöl rayon təşkilatının Göygöl Suvarma Sistemlər İdarəsi ərazi ilk partiya təşkilatının sədri İlqar Məhərrəmov isə qeyd edib ki, Şuşa Bəyannaməsində üçüncü ölkə tərəfindən Azərbaycan və Türkiyənin müstəqilliyinə və ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə bir-birini dəstəkləmək öhdəliyinin öz əksini tapması mühüm əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının məsləhətçisi Cavid Əsgərzadə, YAP fəalları Lalə Ələkbərova və Siyasət Cabbarova Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini mühüm tarixi hadisə kimi dəyərləndiriblər. Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyanın Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar yaydıqları bəyanat da təqdirəlayiqdir.

Paylaş:
Baxılıb: 676 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31