/ / Azərbaycana etimad göstərilməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuz və etibarın təzahürüdür
Azərbaycana etimad göstərilməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuz və etibarın təzahürüdür
21.06.2022 [15:05]
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Son zamanlar beynəlxalq mühüm tədbirlərə ev sahibliyi etmək üçün Azərbaycana etimad göstərilməsi təsadüfi deyil, bu ölkəmizin dünya dövlətləri arasında qazandığı nüfuz və etibarın təzahürüdür. Bu etimad Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən uğurlu siyasətin real nəticəsidir. Belə mötəbər tədbirlərdən biri də, iyunun 16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən, beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumudur. Bu, hər şeydən əvvəl, Azərbaycana və Azərbaycan Respublikasının Prezidentinə olan yüksək inam və etimadın göstəricisidir. Azərbaycanın IX Qlobal Bakı Forumu kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsini şərtləndirən mühüm amillərdən biri də ölkəmizdə etibarlı ictimai-siyasi sabitlik və təhlükəsizlik mühitinin mövcud olmasıdır. Forumda 50-dən çox ölkədən ali və yüksək səviyyəli nümayəndələr, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak etməsi forumun müzakirələrinin aktuallığını, cəlbedici və faydalı olduğunu nümayiş etdirir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən keçirilən Qlobal Bakı Forumunda bəşəriyyəti narahat edən ən önəmli məsələlər, dünyada baş verən mühüm siyasi hadisələr, habelə planetin gələcəyi üçün insanları narahat edən məsələlər müzakirə olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumun açılışında dərin məzmunlu çıxış edərək, region və dünya əhəmiyyətli məsələlərə, müasir qlobal çağırışlara və təhdidlərə geniş şəkildə toxundu və Ermənistana olduqca mühüm mesajlar verdi. Azərbaycan və Ermənistan münasibətlərinin bu günü və gələcəyi, Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı, Ermənistan tərəfinin destruktiv mövqeyi barədə mühüm fikirlər səsləndirən dövlətimizin başçısı vurğuladı ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli və təxribat xarakterli addımlarından imtina etməlidir.
Cənab Prezidentimiz öz çıxışı zamanı Azərbaycanın sülh çağırışlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. “Dağlıq Qarabağ” adlandırılan ərazinin, inzibati strukturun mövcud olmadığını xüsusilə vurğuladı. Əgər Ermənistan öz ərazi iddialarından əl çəkməsə, Azərbaycanın ərazi bütövlüyünü tanımasa, o zaman Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu qalmayacaqdır. Dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxara bilər, ona görə də Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir. 1920-ci ilin noyabrında sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, azərbaycanlılar da Qərbi Zəngəzurda özləri üçün status tələb edə bilərlər. Kommunikasiyaların açılması ilə bağlı isə Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun. Lakin kapitulyasiya aktının imzalanmasından bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq, heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır. Həmin Bəyanata əsasən, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Biz bununla razılaşmayacağıq.
Şübhəsiz ki, Azərbaycanın IX Qlobal Bakı Forumuna ev sahibliyi etməsi Azərbaycan həqiqətlərinin, ölkəmizin ədalətli mövqeyinin dünyaya yayılması baxımından da mühüm əhəmiyyətə malikdir. Foruma gələn qonaqlar özləri də şahid olurlar ki, Azərbaycan sürətlə inkişaf edən, demokratik azadlıqların qorunduğu, islahatlar gedən bir dövlətdir.
Ümumilikdə deyə bilərik ki, IX Qlobal Bakı Forumunun müzakirələri çox məhsuldar oldu və qlobal arenada ən vacib məsələlərlə bağlı çox açıq və səmimi müzakirələr keçirildi.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

