Azərbaycanın coğrafi mövqeyi əməkdaşlığın bütün istiqamətlərdə inkişafı üçün əlverişlidir
03.12.2022 [17:44]
Tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda və dünyada artan rolu, möhkəmlənən mövqeyi dövlət başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərində, beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakında özünün aydın ifadəsini tapır. Noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans da deyilənlərin təsdiqidir. Konfrans iştirakçılarının say tərkibinə, həmçinin təmsil etdikləri ölkələrə diqqət yetirmək kifayətdir. Konfransın mövzusuna əsasən bu fikri də böyük əminliklə qeyd edə bilərik ki, Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin təmin olunması və bu fonda yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüsü ilə çıxış edən ölkə kimi tanınır və nüfuz qazanır. Konfransda dünyanın müxtəlif ölkələrindən qatılan siyasətçilərin, siyasi və iqtisadi təhlilçilərin, araşdırmaçıların suallarını cavablandıran dövlət başçısı İlham Əliyev dünyada mövcud siyasi vəziyyətdən, iqtisadi çağırışlardan, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı və digər məsələlərdən geniş bəhs etdi. Cənab İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyinin əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün əlverişli olduğunu bildirdi. Həmçinin hazırda Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat yollarının kəsişmə nöqtəsinə çevrildiyi və eləcə də bu marşrutlar üzrə enerji resurslarının ötürülməsi üçün Orta dəhlizin müstəsna əhəmiyyətə malik olduğu vurğulandı. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Eyni zamanda, bu layihələr yalnız iştirakçı deyil, dünya dövlətlərinin də dayanıqlı iqtisadi inkişafına yol açır. Prezident İlham Əliyev ölkəmizdə Dəniz Ticarəti Limanının, yeni hava limanlarının tikintisindən, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsindən və digər məsələlərdən də geniş bəhs etdi. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən nəqliyyat layihələrinin uğurlu icrasından bəhs olundu. Cənab İlham Əliyev konfrans iştirakçılarına hazırkı dövrün əsas çağırışlarından olan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasından, işğaldan azad edilmiş ərazilərimizin bu sahədə malik olduqları imkanlardan da danışdı. Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev konfrans iştirakçılarına bu dəhlizin region və beynəlxalq münasibətlər sisteminə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini əsaslı şəkildə izah etdi. Ümumilikdə konfrans həm Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı, eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, söz sahibliyini nümayiş etdirdi.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

