Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağdaşda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

Ağdaşda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

17.02.2023 [11:40]

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Ləki qəsəbə  ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan”  mövzusunda görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Ləki qəsəbə  ərazi partiya təşkilatın sədri Fəxrəddin Abbasov ulu öndərin Azərbaycan üçün gördüyü işlərdən bəhs edib, dahi şəxsiyyətin xilaskarlıq missiyasından danışıb.

Partiya fəallarından Ayşən Əliyeva, Pəri Nuhova, Elnurə Şirəliyeva və Həlimə Nuhova ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu, ölkədə hər bir sahədə misilsiz xidmətlərinin olduğunu qeyd ediblər. Görüşdə o da qeyd edilib ki, qəsəbə ərazisində yaşayan sakinlər ulu öndərin siyasi kursunu yekdilliklə dəstəkləyir və Prezident İlham Əliyevin ətrafında sıx şəkildə birləşiblər.

Görüşdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin həm sovetlər, həm də müstəqillik illərində Azərbaycan naminə gördüyü böyük işlərdən danışıb.

Sonda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim olunub.

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31