Azərbaycanın beynəlxalq proseslərdə liderlik keyfiyyətlərinin növbəti zirvəsi
03.03.2023 [12:27]
“120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma rolunu oynayan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Hazırda dünyada BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycan 2011-ci ildə tam hüquqlu üzv kimi qəbul olunub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Hərəkata sədrliyinə başlayıb və sonradan bu sədrlik müddəti yekdil qərarla daha bir il də uzadılıb. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq göstəricisi olub”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, ötən gün Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı, qlobal əhəmiyyətli təklifləri bir daha Azərbaycanın liderlik mövqeyini möhkəmləndirib: “Sirr deyil ki, Azərbaycan Qoşulmama Hərəkatının daha gücləndirilməsi, qlobal proseslərdə əhəmiyyətinin və təsirinin artırılması məqsədilə təşkilat daxilində institusional inkişaf proseslərinə yüksək səviyyədə dəstək verib. Parlament Şəbəkəsinin və Şuşa Razılaşması əsasında Gənclər Təşkilatının yaradılması Qoşulmama Hərəkatının daha da güclənməsinə, fəaliyyətini daha sistemli və tarixi varislik prinsipləri əsasında qurmasına əlavə stimul olacaq. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin bu dəfə də Qoşulmama Hərəkatının beynəlxalq təsisat kimi qlobal arenada daha nəzərəçarpan və səmərəli rol oynaması, eləcə də yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməsi istiqamətində yeni və mühüm təkliflərlə çıxış etməsi də bir daha yüksək diqqətə səbəb olub. Azərbaycan Liderinin Fransanı Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırması, həmçinin BMT daxilində aparılmalı olan islahatlar çərçivəsində Təhlükəsizlik Şurasının tərkibinin Qoşulmama Hərəkatı hesabına genişləndirilməsi barədə çağırışı xüsusilə təqdirəlayiq şəkildə qarşılanıb. Eyni zamanda, BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edən Azərbaycan Prezidenti bu dəfə iqlim dəyişikliyindən, su qıtlığından, ərzaq çatışmazlığından əziyyət çəkən, məcburi miqrasiyaya məruz qalan Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasının dəstəklənməsi barədə təkliflə çıxış etməsi, xüsusilə də jest edərək qeyd edilən məqsədlər üçün bu başdan ilk donor ölkə kimi 1 milyon ABŞ dolları məbləğində vəsait ayrıldığını bəyan etməsi, eyni zamanda, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyasını ortaya qoyması bu dəfə də Azərbaycanın və Prezident İlham Əliyevin qlobal proseslərdə liderlik etmək keyfiyyətlərini isbatlayıb”.
“Prezident İlham Əliyevin bəyan etdiyi kimi Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, mövcud beynəlxalq təhlükəsizlik arxitekturasının köklü dəyişikliklərlə üzləşdiyi, multilateralizmin təhlükə altına düşdüyü, beynəlxalq hüququn norma və prinsiplərinin aşındığı bir zamanda Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflər qlobal problemlərin həllinə və yeni dünya düzəninin formalaşması fonunda yeni inkişaf meyllərinin yaranmasına dəstək olacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11

