Dostluğun - qardaşlığın əlaməti
12.04.2023 [12:17]
Bu gün çox yüksək səviyyədə olan Azərbaycan-Qazaxıstan münasibətlərinin əsasını dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirmiş olduğu düşünülmüş siyasət təşkil edir. Eyni zamanda, xalqlarımızın eyni soy-kökə məxsus olmaları ölkələrimizin münasibətlərini möhkəmləndirən başlıca amillərdəndir. Qazaxıstanda da Ulu Öndər Heydər Əliyevi insanlar dərin hörmətlə xatırlayır və ölkələrimizin yüksək əlaqələrə malik olmasında dahi şəxsiyyətin danılmaz xidmətlərinin olduğunu bilirlər. Astanada Ulu Öndərin adına küçənin verilməsi bu deyilənlərə bariz sübutdur. Prezident cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi də keçirildi. Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.
Dahi şəxsiyyətin adını daşıyan küçənin açılış mərasində Prezident cənab İlham Əliyev Ulu Öndər haqqında xatirələrini bölüşərkən bildirdi ki, Heydər Əliyev ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik edib. Ulu Öndərin səyləri nəticəsində mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısı alındı. Həmin dövrdə daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Məhz Ulu Öndər Heydər Əliyevin Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməlin qoyulması dövrü oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi Ulu Öndərin əsas vəsiyyəti idi və artıq bu vəsiyyət yerinə yetirilib. Dahi şəxsiyyət Heydər Əliyev hər zaman türk dünyasını daha sıx birləşdirmək üçün də əlindən gələni edirdi. Bu gün Ulu Öndərin bu arzusu da təmin edilib və beynəlxalq arenada böyük nüfuz sahibi olan Türk Dövlətləri Təşkilatı yaradılıb. Təşkilatın əsas üzvlərindən biri də məhz ölkəmizlə yüksək dostluq münasibətləri olan Qazaxıstandır. Prezident cənab İlham Əliyevin bu ölkəyə səfəri zamanı imzalanan yeddi adda sənəd isə ölkələrimiz arasında olan əlaqələri daha da möhkəmləndirəcəkdir. Bundan sonra da ölkələrimiz arasında müxtəlif sahələri əhatə edəcək münasibətlər daha da inkişaf edəcək və iqtisadi imkanların artmasında əlavə zəmin yaradacaqdır.
Bu gün Azərbaycan və Qazaxıstan arasında heç bir sahədə fikir ayrılığı yoxdur, əksinə hər bir məsələdə ölkələrimizin mövqeyi üst-üstə düşür. Azərbaycan və Qazaxıstan strateji tərəfdaş və müttəfiq ölkələrdir. Qazaxıstan ölkəmizin haqq işini yekdilliklə dəstəkləyən ölkələrdən biridir. Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması Qazaxıstanın ölkəmizə hədiyyəsi, Qarabağın yenidən qurulmasına isə mühüm töhfəsidir. Bu eyni zamanda qardaşlığın, humanitar əməkdaşlığın bariz nümunəsdir.
Azərbaycan-Qazaxıstan əməkdaşlığı beynəlxalq səviyyədə də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatlarda birlikdə təmsil olunur və bir-birini yekdilliklə dəstəkləyirlər. Bu siyasi xətt gəlcəkdə də davam etdiriləcək, ölkələrimiz bir-birinin maraqlarını müdafiə edəcəklər.
Ölkələrimizin nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə də bağlı böyük planları var. Bu sahədə həm ölkəmizin, həm də Qazaxıstanın geniş potensialı var. Mövcud imkanlardan istifadə edərək ölkələrimiz arasında yük axını birləşdiriləcək və həcmi artırılacaq, nəticədə tranzit potensialı yüksəldiləcək. Bu isə öz növbəsində ölkələrimizin iqtisadi-ticari münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Həmçinin region ölkələri də bu münasibətlərdən dolayı yararlana biləcək ki, bununla da regionun iqtisadi imkanları daha da inkişaf etmiş olacaq.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatın sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54

