Daşkəsəndə ağacəkmə aksiyası keçirilib
12.04.2023 [16:26]
Aprelin 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və YAP Daşkəsən rayon təşkilatı ilə birgə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına əsasən növbəti ağacəkmə aksiyası keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qaziləri, YAP fəalları, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri böyük həvəslə iştirak ediblər.
Yerli iqlim şəraitinə uyğun 300-dən çox ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ağacəkmə aksiyasında çıxış edərək deyib: “Bu il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlı Ulu Öndərin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edir. Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində bu gün Daşkəsən rayonunda keçirilən bu növbəti ağacəkmə aksiyanın da məqsədi Ulu Öndərin ölkəmizdə ekologiyanın qorunması və təbiətə qayğı ənənələrini davam etdirmək, həmçinin dahi rəhbər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekoloji siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ətraf mühitin mühafizəsi məsələsi ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir. Eyni zamanda Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın ətraf mühitin sağlamlaşdırılması, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsi naminə gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Bu gün Azərbaycan dövləti və ictimaiyyəti qanunsuz silahlı dəstələrə, ermənilərlə əlbir olan havadarlarına, Qarabağ iqtisadi rayonunda Azərbaycanın milli təbii sərvətlərini talayanlara, suveren ərazimizdən narkotik daşınması üçün tranzit kimi istifadə edənlərə və ekoloji terrora, digər törəmə fəsadlara göz yummayacaq, Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısı qətiyyətlə alınacaq, Qərbi Azərbaycana böyük qayıdış bərpa olunacaq, daim Ulu Öndərimizin Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərimizin və Azərbaycan-Türkiyə birgə maraqlarımızın qorunmasına, sülhə və sabitliyə çalışacaqdır. Prezidentimizin bu barədə belə bir tarixi kəlamı var: “Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

