/ / Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionda sülhün bərqərar olmasına nail olacaq
Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionda sülhün bərqərar olmasına nail olacaq
12.04.2023 [16:33]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
2018-ci ildə keçirilmiş növbədənkənar prezident seçkiləri 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan Respublikasında Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki idi. Seçki marafonunda 8 namizəd iştirak etdi. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri İlham Əliyev cənabları idi. Təbliğat, təşviqat kampaniyası üçün bütün namizədlərə bərabər şərait yaradılmışdı. Ümumilikdə isə seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etdr. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə YAP sədri İlham Əliyev cənabları seçkidə iştirak edən Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Seçkinin nəticələri Azərbaycan xalqı İlham Əliyev cənablarının hakimiyyəti dövründə görülən işlərə yüksək qiymət verdiyini, görülən işlərin davam etdirilməsinə səs verdiyini göstərdi. Seçkidən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkinin rəsmi nəticələri ilə üst-üstə düşdü. Bu, bir daha onu göstərdi ki, seçkilər xalqın iradəsini əks etdirir.
Prezident İlham Əliyev 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında deyirdi: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Əslində Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı bir çox mətləblərə aydınlıq gətirdi, hakimiyyətin yürütdüyü siyasətin xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət oduğunu detallı şəkildə göstərdi.
Beş il bundan öncə baş tutmuş seçkilər göstərdi ki, radikallara Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Həmçinin, 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyev cənablarına səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu və sübut etdi ki, siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir. Eyni zamanda seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür. Seçicilər İlham Əliyevə səs verməklə milli həmrəyliyin qorunmasına xidmət edən fəaliyyəti dəstəklədiklərini bütün dünyaya göstərdilər.
Xalq milli ideya ətrafında birləşdirildi, Azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Vətənin hər qarışına sahib çıxacaq yeni bir nəsil yetişdi. Həmçinin, bu illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu. Nəticədə, Azərbaycan dövləti müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı və Şərqi Zəngəzuru 30 illik erməni faşistlərinin əsarətindən azad etdi. Ermənistan Azərbaycanla sülh sazişi imzalamasa da bu gün işğal olunmuş bütün ərazilərdə tikinti quruculuq işləri reallaşdırılır. İnanırıq ki, aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionda sülhün bərqərar olmasına nail olacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

