Dövlət səfəri çərçivəsində imzalanmış sənəd
13.04.2023 [11:43]
Sirr deyil ki, dünyada qeyri-sabitliyin hökm sürdüyü bir zamanda başa düşülür ki, sabitik olmasa inkişaf mümkün deyil. Bu zaman nə tərəqqi olacaq, nə də rahatlıq. Bu gün, həm Tacikistan, həm də, Azərbaycan sabit dövlətlərdir. Ölkələrimizin nümunəsi onu göstərir ki, ən aşağı inkişaf səviyyəsində olan cəmiyyətdə də, müdrik rəhbərlik nəticəsində uğur qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş Sovet Respublikaları arasında müstəqillik yollarına ən pis və ağır şəraitində qədəm qoyublar. Qazanılan uğurlarda isə, məhz böyük liderlərin əməyi durur. Onlar risqə gedərək dinc və uğurlu inkişaf naminə əllərindən gələni ediblər. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb və dostluq edib. Təsadüfi deyil ki, hər iki ölkə bir birinin mədəniyyətini yüksək qiymətləndirirlər. Cari il aprel ayının 5-də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Tacikistan Respublikasında dövlət səfərində olub. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında baş tutan səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Qeyd etmək lazımdır ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni, dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Düşənbə şəhərində Azərbaycan və Tacikistan Prezidentləri həm təkbətək, həm də, geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Səfər zamanı baş tutan danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Dövlət başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Eyni zamanda iqtisadi, nəqliyyat sahəsində münasibətlər daha da genişləndirilir. Bu gün, məhz nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın qlobal layihələri Orta dəhliz ideyasının inkişaf etdirilməsi, Zəngəzur dəhlizi, Ələt terminalının istifadəyə verilməsi Azərbaycanı Tacikistan üçün daha da cəlbedici edir. Azərbaycan vasitəsilə Tacikistan Qərbə çıxış əldə bilər və böyük bir coğrafiyada əməkdaşlıq münasibətlərini inkişafına səbəb olar. Azərbaycan Respublikasının Prezident, cənab İlham Əliyevin Tacikistana dövlət səfəri siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də, siyasətimizin çox yaddaqalan mərhələsi sayılmalıdır. Xüsusən, son dövrlər İranın mədəni irsimizlə, bu çərçivədə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti və yaradıcılığı ilə bağlı saxtakar iddiaları fonunda elam-ari, aysor-suryani qarışığı İrandan fərqli olaraq zəngin fars ədəbi-mədəni irsinin əsl sahibləri olan tacik toplumundan Azərbaycanın haqq mövqeyinə dəstək Tehrana gözləmədiyi yerdən zərbə oldu. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycanın böyük oğlu Nizami Gəncəvini "xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin" kökündə dayanan amillərdən olduğunu bəyan etməsi, hər bir tacikin evində Nizamiyə bəslənən dərin hörmətdən bəhs olunması indiki həssas məqamda Azərbaycanın haqqa əsaslanan mövqeyinə ciddi siyasi dəstək oldu. Azərbaycan Respublikasının Prezident, cənab İlham Əliyevin isə, "dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış, orada dünyasını dəyişmiş" Nizamiyə farsdilli Tacikistanda ehtiram bəslənməsindən razılığını ifadə etməsi 30 il Qarabağ və Şərqi Zəngəzuru talan etdiyi kimi mədəni nümunələrimizi də oğurlamağa çalışan irs oğrusu İranın çirkin iddialarına son nöqtəni qoydu.
Bu görüşdə, həmçinin, ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri ətraflı müzakirə etdilib. Ölkələr arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəlinib. Danışıqlar çərçivəsində biz investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri üzərində daha ətraflı müzakirə aparılıb. Sənaye kooperasiyası sahəsində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğu vurğulanılıb.Tacikistan və Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə olunmasını davam etdirəcəyi, Tacikistanın dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artıracağı qərarıma gəlmişdir. Göründüyü kimi hər iki dövlət arasında keçən bu görüş çox məhsuldar olmuş, xalqlar arasında uzun müddət qarşılıqlı dostluq və anlaşmaya səbəb olacaq.
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

