Azərbaycan-Qazaxıstan münasibətləri hər iki xalqın məhafeyinə xidmət edəcəkdir
14.04.2023 [11:57]
Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərini maksimum dərəcədə nəzərə almağa əsaslanır. Ulu öndər Heydər Əliyev ölkənin xarici siyasətinin prioritetlərini ən incə məqamları belə nəzərə alaraq müəyyənləşdirib. Ötən illərin təcrübəsi göstərdi ki, Ümummilli Liderin formalaşdırdığı müdrik siyasət kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zamanın bütün tələblərinə cavab verir. Azərbaycanın demək olar ki, dünyanın bütün dövlətləri ilə qarşılıqlı və sıx əlaqələri mövcuddur.
Bu gün çox yüksək səviyyədə olan Azərbaycan-Qazaxıstan münasibətlərinin əsasını dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirmiş olduğu düşünülmüş siyasət təşkil edir. Eyni zamanda, xalqlarımızın eyni soy-kökə məxsus olmaları ölkələrimizin münasibətlərini möhkəmləndirən başlıca amillərdəndir. Qazaxıstanda da Ulu Öndər Heydər Əliyevi insanlar dərin hörmətlə xatırlayır və ölkələrimizin yüksək əlaqələrə malik olmasında dahi şəxsiyyətin danılmaz xidmətlərinin olduğunu bilirlər
Qazaxıstan Prezident Kasım-Jomart Tokayev dövlət başçımız İlham Əliyevlə birlikdə paytaxt Astananın gözəl və cazibədar Yeşil rayonunda Heydər Əliyev küçəsinin açılışında iştirak etdilər. Astanada Ulu Öndərin adına küçənin verilməsi bu deyilənlərə bariz sübutdur. Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.
Dahi şəxsiyyətin adını daşıyan küçənin açılış mərasində Prezident cənab İlham Əliyev Ulu Öndər haqqında xatirələrini bölüşərkən bildirdi ki, Heydər Əliyev ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik edib. Ulu Öndərin səyləri nəticəsində mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısı alındı. Həmin dövrdə daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Məhz Ulu Öndər Heydər Əliyevin Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməlin qoyulması dövrü oldu. Dahi şəxsiyyət Heydər Əliyev hər zaman türk dünyasını daha sıx birləşdirmək üçün də əlindən gələni edirdi. Bu gün Ulu Öndərin bu arzusu da təmin edilib və beynəlxalq arenada böyük nüfuz sahibi olan Türk Dövlətləri Təşkilatı yaradılıb. Təşkilatın əsas üzvlərindən biri də məhz ölkəmizlə yüksək dostluq münasibətləri olan Qazaxıstandır. Prezident cənab İlham Əliyevin bu ölkəyə səfəri zamanı imzalanan yeddi adda sənəd isə ölkələrimiz arasında olan əlaqələri daha da möhkəmləndirəcəkdir.
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İkitərəfli əlaqələrə gəldikdə qeyd edilməlidir ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir.
Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd edərək deyib: “Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir”. Dövlət başçımız həmçinin, qeyd edib ki, Qazaxıstanın beynəlxalq arenada nüfuzu artır və bu ölkə haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan səfəri istər Azərbaycan, istərsə də Qazaxıstan üçün ikitərəfli münasibətlərin əhəmiyyətini artırıb. Səfər çərçivəsində, xüsusən humanitar sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə edilmiş razılaşmalar ona deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək və hər iki xalqın məhafeyinə xidmət edəcəkdir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

