Azərbaycan tibb elmində silinməz izlər qoymuş alim
14.04.2023 [12:02]
İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri
Sirli-sehrli bu qoca dünyada hər birimiz Tanrının lütf etdiyi bir ömrün sahibiyik. Bizə əta edilən ömrün bir gün harada, hansı vəziyyətdə sona yetəcəyini, bitəcəyini bir kimsə indiyədək bilmədi və bilməyəcək də. Bəlkə də elə-belə yaxşıdı, çünki bəşər övladı bu faniliyin içində nə qədər qalacağını bilmiş olsaydı özündən başqa heç kimin aqibətini düşünməzdi... Niyə gəldik bu dünyaya? Elə-belə yaşamaq üçünmü? Dünyaya “beş günlük dünyadır” – deyib də hər cür, hər növ var olması, görünəni, duyğulanı unudaraq, hər nə yolla olur-olsun dünyanın dadını çıxarmağamı? Vaxtı yetəndə, tarix qarşısında hansı statusda, hansı qiyafədə çıxış edəcəyik, hansı əməllərimizi dayaq nöqtəsinə çevirib az da olsa qınaqlardan yaxa qurtara biləcəyik? Böyük insanlıq deyilən məfhumun önünə çıxası, özünə veriləsi bu tip suallar yüzlərlədir və bu sualları əməliylə, işiylə, münasibətiylə hər insan ayrı-ayrılıqda cavablandırır ömrü boyunca... Yaxşı insanlar bütövlükdə insanlıq deyilən nəsnənin bir növ güzgüsüdür, onların yaşadıqları ömrün hər günü, hər əməlləri bizim üçün, bizdən sonra gələnlər üçün də bir növ nümunədir. Yaxşı insanların həyatı hamının oxuya biləcəyi ən yaxşı, ən mükəmməl, ən kamil kitabdır – özü də canlı kitab... Yaxşı insanların əməlləri ürəkdən-ürəyə salınan mehr, istək körpüsüdür, Vətənlə-vətəndaş arasında umacaqsız şəkildə təzahür edən kamil münasibətdir... Ürəklərdə yaşayan yaxşı əməl sahibi, bütövlükd insanlıq səhifəsinə imza atmış şəxslərdən biri də 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmiş, insanaların gözünə nur vermişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. 1960-cı ildə tibb elmləri namizədi, 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini müdafiə edir. Çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. Amma Zərifə xanım ancaq alim ömrü yaşamadı. O Heydər Əliyev kimi bir şəxsiyyətin həyat yoldaşı və çox gözəl ana idi. Heydər Əliyev Zərifə xanım haqqında deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.” Ömrünü dövlət işinə həsr etmiş bir insandan belə yüksək qiymət almaq, Zərifə Əliyevanın fövqəladə insanpərvərliyinin, xeyirxahlığının nəticəsidir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

