Azərbaycançılıq məfkurəsi Heydər Əliyevin adı ilə bağlıdır
05.05.2023 [11:56]
Ümummilli lider Heydər Əliyev deyirdi “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır!”
Bu bir reallıqdır ki, Azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Ulu öndər Heydər Əliyev hələ Sovetlər dönəmində, ölkəmizə birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox vacib, qətiyyətli addımlar atmışdır.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” deyən ulu öndərin yorulmaz fəaliyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi bu istiqamətdə atılan olduqca əhəmiyyətli addımlardan idi.
Azərbaycançılıq ideologiyası əsl müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi istiqamətində davamlı siyasət reallaşdırdı.
Bu gün Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev də Azərbaycançılıq məfkurəsinə, diaspor və lobbi quruculuğuna prioritet məsələlərdən biri və ən önəmlisi kimi yanaşır. Dövlət başçımızın bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin etmiş, müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmişdir.
Azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin ideoloji əsası hesab edən Prezident İlham Əliyev çıxışlarında vurgulayırdı ki, “ Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
Azərbaycançıq ideologiyası Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilmişdir. Ulu öndərin siyasi kursunu zamanın tələblərinə uyğun olaraq böyük uğur və peşəkarlıqla davam etdirən Prezident İlham Əliyev də fəaliyyəti müddətində azərbaycançılıq məfkurəsinin geniş ictimai dəyər qazanmasına çalışaraq, azərbaycançılıq ideologiyasının təbliği üçün ciddi addımlar atmaqdadır.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43

