Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Göygöldə gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Göygöldə gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

06.07.2023 [11:03]

“Heydər Əliyev İli” ələ əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, Ümummilli Liderin  xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin  geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

2023-cü ilin 05 iyul tarixində Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

İlk öncə Ulu Öndərin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.  Mərkəzdə gənclərə Müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Daha sonra Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib və  Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Sonda xatirə fotosu çəkdirilib.

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31