Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Əməkdaşlığa əsaslanan xarici siyasət kursu

Əməkdaşlığa əsaslanan xarici siyasət kursu

17.10.2023 [12:32]

Dahi şəxsiyyət  Heydər Əliyev Azərbaycan xalqına Tanrının töhfəsi idi və onun adı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Ulu öndər yaşadığı mənalı həyat yolunu Azərbaycanın inkişafına, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının dirçəlişinə, Azərbaycanın xoşbəxt, işıqlı gələcəyinə həsr etmişdir.

Ümummilli lider  Heydər Əliyev Azərbaycanın var olması, müstəqilliyinin möhkəmlənməsi, əbədi, daimi, sarsılmaz olması,  xalqımızın daha  da yaxşı, təhlükəsiz, sabitlik şəraitində yaşaması, ölkəmizin parlaq, xoşbəxt gələcəyinin təmin olunması üçün yorulmadan çalışmış, hətta  bu yolda həyatını da təhlükəyə atmaqdan çəkinməmişdir.

Ulu öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xöşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürüb, vacib addımlar atıb.

Xarici siyasətdə Ümummilli liderin müəyyən etdiyi əsas  istiqamət Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzünün qarşısının alınması və müharibənin dayandırılması idi. Məhz bu uğurlu siyasi kürsün nəticəsidir ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa edib.

Qonşu və dünya dövlətləri ilə münasibətlərin uğurla həyata keçirilməsi Ulu öndərin yürütdüyü xarici siyasətin əsas hədəflərindən biri idi. Ulu öndər deyirdi: “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir”.

Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün ən yüksək səviyyədədir. Eləcə də, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsində Ulu öndərin  xüsusi rolu və xidmətləri olmuşdur.

“Biz ABŞ ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə - dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın təcrübəsindən daima bəhrələnirik”, deyən ulu öndər Heydər Əliyev ABŞ kimi dünyanın ən böyük, qüdrətli dövləti  ilə münasibətlərin qurulmasında və  inkişaf etdirilməsində misilsiz xidmətlərinin olduğu  danılmazdır.

Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin özünəməxsus dəsti-xəttinin parlaq təzahürü  xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri, eləcə də digər ölkələrlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi idi. Bu gün Ulu öndərin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz dünyada söz sahibi və  ən etibarlı tərəfdaşdır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 445 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Mədəniyyət

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31